İlham Əliyev Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

29 may 2014, 16:35
İlham Əliyev Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupu sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü, Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində yüksək səviyyədə olduğu bildirildi, əməkdaşlığımızın möhkəmləndirilməsində qarşılıqlı səfərlərin önəmi vurğulandı, əlaqələrimizin genişləndirilməsində parlamentlərarası münasibətlərin əhəmiyyəti qeyd olundu, sənaye, infrastruktur, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın mövqeyini bir daha qonaqların diqqətinə çatdırdı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20