Zati-aliləri,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə xalqınıza, Sizə və hökumətinizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz və xalqlarımız arasında mövcud olan səmimi dostluq münasibətlərini yüksək qiymətləndirirəm. Sizi əmin edirəm ki, ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın bundan sonra da möhkəmlənməsinə çalışacağam.
Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı və xoşbəxtlik diləyir, xalqınıza və ölkənizə rifah arzulayıram.
Sizi bir daha salamlayır, Zati-alinizə Ulu Tanrıdan xeyir və bərəkət diləyirəm.
Hörmətlə,
Hacı Həssənal Bolkiah
Bruneyin Sultanı