Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqroyvdan

27 may 2014, 17:05

Zati-aliləri,

Milli bayram - Respublika Günü münasibətilə Avstraliya hökuməti və xalqı ilə birlikdə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi və arzularımı çatdırıram.

Azərbaycan ilə Avstraliya arasındakı münasibətlərin davamlı inkişafını vurğulamaqdan məmnunluq hissi keçirirəm. Kanberra şəhərində Azərbaycan səfirliyinin açılması ikitərəfli münasibətlərimizi, xalqlarımızın əlaqələrinin genişlənməsini və ölkələrimiz arasında ticari əməkdaşlığın inkişafını möhkəmləndirmişdir.

Avstraliya 2013-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi Azərbaycan ilə birgə işləməkdən məmnun olmuşdur.

Təhlükəsizlik Şurasındakı mandatımızın 2014-cü ildə qalan müddətində Avstraliya qarşılıqlı maraq doğuran məsələlərdə, beynəlxalq sülhün və təhlükəsizliyin təşviqində Azərbaycan ilə birlikdə çalışmağa davam edəcəkdir.

Avstraliyanın terrorla mübarizə üzrə səfiri Bil Fişerin 2013-cü ilin sentyabrında Bakıya səfəri təhlükəsizlik məsələləri sahəsində Azərbaycan ilə əməkdaşlığa olan marağımızın göstəricisidir.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq əlaqələri növbəti ildə də inkişaf edəcəkdir.

Hörmətlə,

Piter Kosqroyv
Avstraliya İttifaqının General-Qubernatoru

SƏNƏDLƏR Sərəncamlar 25 fevral 2025
13:11
“Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmaq niyyətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan...

25 fevral 2025, 13:11
SƏNƏDLƏR Fərmanlar 25 fevral 2025
13:07
“Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 sentyabr tarixli 1050 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının...

25 fevral 2025, 13:07