Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan və ölkənizə tərəqqi arzu etməkdən çox məmnunam.
Əminəm ki, xalqlarımız arasındakı dostluq münasibətləri ölkələrimizin tərəqqisi və sabitliyi naminə qarşılıqlı maraqlarımıza əsaslanan Serbiya-Azərbaycan strateji əlaqələrinin gələcəkdə də inkişafı və möhkəmlənməsi işinə xidmət edəcəkdir.
Serbiya Respublikasının ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə Azərbaycan Respublikasına bir daha minnətdarlığımı bildirmək istərdim.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə dərin ehtiramımı bildirirəm.
Hörmətlə,
Tomislav Nikoliç
Serbiya Respublikasının Prezidenti