İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə

24 may 2014, 18:10

Əlahəzrət,

Əziz Qardaşım,

İordaniyanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Mən Azərbaycan-İordaniya münasibətlərinə böyük əhəmiyyət verirəm.

Ümidvaram ki, Azərbaycan ilə İordaniya arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. 

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş İordaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm.                           

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 21 may 2014-cü il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55