11:50

Görüşdə Baş nazir Nquyen Tan Danq bu səfərin ikitərəfli əlaqələrimizin yeni inkişaf səviyyəsinə çatmasında böyük əhəmiyyət daşıdığını bildirdi.
Səfər çərçivəsində səmərəli görüşlərin keçirildiyini deyən Nquyen Tan Danq Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanın qazandığı nailiyyətlərdən məmnunluğunu ifadə etdi. Azərbaycan ilə Vyetnam arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə inkişaf etdiyini deyən Baş nazir ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də səmərəli əməkdaşlıq qurduqlarını vurğuladı. Nquyen Tan Danq iqtisadi əlaqələrimizin daha da inkişaf etdirilməsi, xüsusilə də investisiyaların qoyulması üçün yaxşı potensialın olduğunu bildirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Vyetnam arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin uğurlu inkişafından məmnunluğunu ifadə etdi, iqtisadi əlaqələrin genişlənməsi, ticarət dövriyyəsinin artırılması üçün konkret addımların atılmasının vacibliyini bildirdi. Bununla bağlı ölkələrimiz arasında iqtisadi əlaqələrin strukturu və formalarının genişləndirilməsinin önəmini qeyd etdi.
Dövlətimizin başçısı iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən energetika, investisiyaların qoyulması, elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş perspektivlərin olduğunu vurğulayaraq bu sahələrdə əlaqələrin genişlənəcəyinə, dövlət səfərinin bu prosesə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Maldiv Hökumətinin və xalqının səmimi təbriklərini və xoş...
29 may 2025, 11:44Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına Şri-Lanka Hökuməti və xalqı...
29 may 2025, 11:02Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Sizi “Azİz” Assosiasiyası və bütün dost İsrail xalqı adından böyük bayram – Azərbaycanın Müstəqillik Günü münasibətilə...
29 may 2025, 10:42Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə təbriklərimi çatdırıram.
Milli bayramlar, eyni zamanda, ortaq qlobal çağırışlar üzərində düşünmək...
28 may 2025, 21:10Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə,...
28 may 2025, 18:37Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli Prezident Əliyev.
Müstəqillik Gününüz münasibətilə Sizi və Azərbaycan xalqını Amerika xalqı adından təbrik edirəm.
Biz Azərbaycan Respublikası ilə...
28 may 2025, 17:40Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident.
Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram. Ölkənizə davamlı tərəqqi,...
28 may 2025, 15:25