İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü olmuşdur

06 may 2014, 22:00
İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü olmuşdur

Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edildi.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55