İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gül ilə görüşmüşdür

06 may 2014, 18:00
İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gül ilə görüşmüşdür

Tbilisidə Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Abdullah Gül ilə görüşmüşdür.

Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Ölkələrimiz arasında həyata keçirilən qlobal layihələrin böyük önəm daşıdığı qeyd edildi. Tbilisi Sammitinin ölkələrimiz və xalqlarımız arasında münasibətlərin daha da genişlənməsinə xidmət etdiyi diqqətə çatdırıldı, ikitərəfli əlaqələrimizin regional əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olundu.

Söhbət zamanı qarşılıqlı maraq doğuran, eləcə də regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55