XƏBƏRLƏR
10 may 2025
12:40
12:40
Prezident İlham Əliyev Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin üçtərəfli Sammitində iştirak etmək üçün mayın 6-da Gürcüstana işgüzar səfərə gəlmişdir.
Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Tbilisi Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Gürcüstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.