Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin iştirakçılarına

28 aprel 2014, 13:35

Hörmətli media nümayəndələri!

Sizi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində salamlayır, növbəti ali toplantınızın işə başlaması münasibətilə təbrik edirəm.

Əlamətdar haldır ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi təşkilatın yaradılmasının 90-cı ildönümü ilə eyni vaxta təsadüf edir. Yubiley ilinə qədəm qoyan Assosiasiya təsis olunduğu dövrdən indiyədək dünyanın əksər ölkələrində idman jurnalistikası sahəsində ixtisaslaşmış qurumları öz ətrafında birləşdirməyə nail olmuş, onların fəaliyyətini uğurla koordinasiya edən mərkəzə çevrilə bilmişdir.

Nüfuzlu təşkilatın mötəbər toplantısının və yubiley mərasiminin Azərbaycanda keçirilməsi respublikamızın ictimai həyatında diqqətəlayiq hadisədir. Ümumiyyətlə, son illər Azərbaycan müxtəlif zirvə görüşlərinə, dövlətlərarası qurumların toplantılarına, sivilizasiyalararası dialoq forumlarına, qitə və dünya miqyaslı yarışlara ev sahibliyi edən bir məkan kimi tanınmağa başlamışdır. Beynəlxalq idman təşkilatları 2015-ci ildə ilk Avropa Oyunlarının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi barədə qərar qəbul etmişlər. Biz bu qərarları cəmiyyətimizə xas olan yüksək tolerantlıq mühitinə, mükəmməl idman infrastrukturunun yaradılması sahəsində görülən işlərə və iri beynəlxalq tədbirlərin təşkili sahəsində əldə edilmiş zəngin təcrübəyə möhkəm inamın təzahürü kimi dəyərləndiririk.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanda söz və ifadə azadlığı təmin olunmuş, çoxsaylı vətəndaş cəmiyyəti institutları və müxtəlif dillərdə nəşr edilən plüralist media məkanı formalaşmışdır. Bu gün ölkəmizdə minlərlə kütləvi informasiya vasitəsi – televiziya, radio, qəzet, jurnal, sayt və xəbər portalı fəaliyyət göstərir. Onlardan 60-a qədəri bilavasitə idmanla bağlıdır.

Hesab edirəm ki, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi üzv ölkələrdə idman jurnalistikasının inkişafına, media nümayəndələri arasında əməkdaşlığın dərinləşməsinə, sağlam həyat tərzinin təbliğinə və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsinə sanballı töhfə verəcəkdir. Konqresin işinə uğurlar arzulayır, bütün iştirakçıları Assosiasiyanın 90 illik yubileyi münasibətilə təbrik edirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2014-cü il.

SƏNƏDLƏR Sərəncamlar 25 fevral 2025
13:11
“Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə Azərbaycan Respublikasının qoşulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmaq niyyətini nəzərə alaraq qərara alıram:

1. Azərbaycan...

25 fevral 2025, 13:11
SƏNƏDLƏR Fərmanlar 25 fevral 2025
13:07
“Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 30 sentyabr tarixli 1050 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının...

25 fevral 2025, 13:07