İlham Əliyev Praqada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşmüşdür

24 aprel 2014, 22:20
İlham Əliyev Praqada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşmüşdür

Prezident İlham Əliyev Praqada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından razılıq bildirildi, yüksək səviyyəli regional əməkdaşlığın bu əlaqələrə töhfə verdiyi qeyd olundu. Enerji sahəsində əməkdaşlığın uğurlu olduğu vurğulandı. Azərbaycan ilə Gürcüstan arasında turizm, mədəniyyət, təhsil, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edildi. 

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət etdi.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55