İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olmuşdur

09 aprel 2014, 22:00

Prezident İlham Əliyevin və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xameneinin görüşü olmuşdur.

Seyid Əli Xamenei xalqımızın ümummilli lideri Heydər Əliyev ilə görüşlərini və bu görüşlər zamanı səmimi söhbətləri məmnunluqla xatırlatdı. O, Azərbaycan Prezidentinin səfərinin ölkələrimiz arasındakı əməkdaşlığın daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini vurğuladı. Seyid Əli Xamenei əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi, xalqlarımız, dövlətlərimiz arasındakı yaxınlığın və ümumi köklərin münasibətlərimizin inkişafına öz töhfəsini verdiyini qeyd etdi. İranın Ali Rəhbəri ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllinin tərəfdarı olduğunu bildirdi. Seyid Əli Xamenei Azərbaycan Prezidentinin böyük təcrübəyə malik olduğunu vurğuladı və Azərbaycan xalqına firavanlıq arzularını çatdırdı.

Prezident İlham Əliyev ikitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında tarixi, mədəni, dini köklərin əlaqələrimizin inkişafı üçün möhkəm zəmin yaratdığını bildirdi. Dövlətimizin başçısı Azərbaycan ilə İranın beynəlxalq səviyyədə bir-birini dəstəklədiklərini vurğuladı, iqtisadi əlaqələrimizin genişləndirilməsi işində yaradılmış müştərək komissiyanın mühüm rol oynayacağını diqqətə çatdırdı. Azərbaycan Prezidenti ölkələrimiz və xalqlarımız arasında əlaqələrin bundan sonra da genişləndirilməsinin əhəmiyyətini qeyd etdi. Dövlətimizin başçısı Ermənistanın təcavüzü nəticəsində meydana gəlmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları və prinsipləri əsasında həllinin vacib olduğunu bildirdi. Prezident İlham Əliyev münasibətlərimizin inkişafı üçün ölkələrimizin siyasi iradəyə malik olduğunu vurğulayaraq əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini söylədi.

SƏNƏDLƏR Fərmanlar 14 iyul 2025
16:28
“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə...

14 iyul 2025, 16:28
SƏNƏDLƏR Fərmanlar 11 iyul 2025
11:51
“Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21 iyun tarixli 218-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Pambıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 21...

11 iyul 2025, 11:51