İlham Əliyevin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olmuşdur

04 aprel 2014, 18:10
İlham Əliyevin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olmuşdur

Prezident İlham Əliyev ilə ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olmuşdur.

Dövlət başçısı Türkiyənin Baş nazirini qarşıladı.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan rəsmi foto çəkdirdilər.

Sonra təkbətək görüş oldu. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, enerji, nəqliyyat sahələrində və bütün digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olundu. Bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişlənməsi baxımından önəmi qeyd edildi. Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55