Azərbaycan və İran Prezidentlərinin mətbuat üçün bəyanatları

17 noyabr 2010, 14:17

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Hörmətli cənab Prezident!

Əziz qardaşım!

Hörmətli qonaqlar, xanımlar və cənablar!

Mən hörmətli cənab Prezident, Sizi ürəkdən salamlayıram. Azərbaycana xoş gəlmisiniz!

Mən çox şadam ki, Siz Azərbaycana gözəl bayram günlərində səfər edirsiniz! Bu fürsətdən istifadə edərək Sizi və bütün qardaş İran xalqını, bütün dünya müsəlmanlarını müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm.

Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Səfərin çox gözəl nəticələri vardır. Biz bu gün Sizinlə həm təkbətək görüşdə, həm geniş tərkibdəki görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif sahələrini geniş müzakirə etdik. Bir daha mövqeyimizi ifadə etdik ki, ikitərəfli münasibətlərin bundan sonra da inkişafı uğurla davam etməlidir. Biz bütün sahələrdə uğurlu əməkdaşlığımızın dərinləşməsi üçün səylərimizi qoymağa çalışırıq və buna nail oluruq.

Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Aramızda çox güclü siyasi dialoq aparılır. Biz Sizinlə mütəmadi qaydada həm İranda, həm Azərbaycanda, həm də başqa ölkələrdə görüşür, fikir mübadiləsi aparırıq. Xarici işlər nazirləri, digər nazirlər vaxtaşırı görüşürlər. Yəni, siyasi əlaqələrimizin inkişafı bütün başqa sahələrdə inkişafa səbəb olur və beləliklə, əlaqələrimiz daha da güclənir.

Beynəlxalq təşkilatlarda əməkdaşlığımızın çox böyük əhəmiyyəti vardır. Biz BMT, İslam Konfransı Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatında bütün dövrlərdə çox uğurlu əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu dəstək gündən-günə güclənir. Bu gün biz bununla bərabər iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi üçün əlavə tədbirlərin görülməsi haqqında fikir mübadiləsi apardıq. Fikrimiz ondan ibarətdir ki, iqtisadi əlaqələrimizi daha da sürətlə inkişaf etdirməliyik. Bugünkü ticarət dövriyyəsinin səviyyəsi nə İran tərəfini, nə də bizi qane edir. Əminik ki, ölkələrimizdə mövcud olan potensial bizə imkan verəcək ki, yaxın zamanlarda ticarət dövriyyəsini bir neçə dəfə artıraq. Biz buna çalışırıq və müvafiq göstərişlər verilmişdir.

Əminəm ki, bu gün enerji və nəqliyyat sahəsində imzalanmış Anlaşma Memorandumunun icrası nəticəsində ticarət dövriyyəmiz də böyük dərəcədə artacaqdır. İmzalanmış memorandum çoxşaxəlidir. Orada bütün məsələlər, vacib, konkret layihələr əksini tapıb. Nəqliyyat sektorunda Şimal-Cənub dəhlizinin yaradılması və bu sahədə əlavə tədbirlərin görülməsi nəzərdə tutulur, birgə elektrik güclərinin yaradılması məsələləri öz əksini tapıb. Elektrik xətlərinin birləşdirilməsi, qaz sahəsində əməkdaşlıq, yəni, bütün enerji və nəqliyyat sektorunu əhatə edən məsələlər Anlaşma Memorandumunda göstərilibdir. Müvafiq tapşırıqlar verilibdir ki, biz tezliklə memorandumun icrasına başlayaq.

Enerji sektorunda əməkdaşlığın artıq gözəl tarixi vardır. Biz gələcəyə baxmalıyıq. Bu gün möhkəm təməl üzərində qurulmuş bu əlaqələr əlbəttə ki, inkişaf etməlidir. Yeni layihələr müzakirə olunur. Ümid edirəm ki, həm İran tərəfində, həm Azərbaycan tərəfində hazırda görülən işlər, qoyulan sərmayə gələcəkdə enerji sahəsində əməkdaşlığın daha da genişlənməsini təmin edəcəkdir.

Münasibətlərimizin çox böyük tarixi vardır. Xalqlarımız dost, qardaş xalqlardır. Əsrlər boyu xalqlarımız bir yerdə olmuşlar, bir yerdə yaşamışlar. Bizi bağlayan bu tarixi və mədəni əlaqələr bugünkü əlaqələrimizin möhkəm təməlidir. Biz münasibətlərimizi bu təməl üzərində qurmuşuq. Azərbaycan müstəqilliyə qovuşandan sonra ikitərəfli münasibətlərimiz çox sürətlə inkişaf etməyə başlamışdır. Münasibətlərimizin bugünkü səviyyəsi, məncə, ən yüksək səviyyədir. Biz bu səviyyənin qaldırılması üçün ardıcıllıqla praktiki addımlar atırıq. Biz qonşuyuq, dostuq, qardaşıq. Biz bu bölgədə vacib rola malikik. Bu gün İran ilə Azərbaycan arasındakı münasibətlər nəinki iki ölkə arasındakı münasibətlər kimi formallaşıbdır, eyni zamanda, münasibətlərimizin bölgədə gedən proseslərə mühüm təsiri vardır. İran-Azərbaycan münasibətləri bölgənin inkişafı üçün önəmli amilə çevrilibdir. Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün münasibətlərimizin xüsusi əhəmiyyəti vardır.

Bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələləri bu gün geniş müzakirə olundu. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son mərhələsi haqqında cənab Prezidentə məlumat verdim. Bir daha demək istəyirəm ki, Azərbaycan məsələnin tezliklə, beynəlxalq hüquq normaları əsasında həll olunmasının tərəfdarıdır. Bu münaqişə öz həllini Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı, ATƏT və digər beynəlxalq təşkilatların qətnamələri və qərarları əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində tapmalıdır. Bu yeganə yoldur və Azərbaycan bu məqsədlərə çatmaq üçün səylərini davam etdirəcəkdir.

Bütün dünya artıq çoxdan bilir ki, Azərbaycan torpaqları uzun illərdir Ermənistan tərəfindən işğal edilib. Torpağlarımızın 20 faizi işğal altındadır. Bu işğal və Ermənistan tərəfindən aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. İşğal edilmiş torpaqlarda bütün infrastruktur dağıdılıb, bütün binalar yerlə yeksan edilib. Tarixi abidələrimiz, əcdadlarımızın qəbirləri, müqəddəs yerlərimiz, məscidlərimiz ermənilər tərəfindən dağıdılıbdır. Bu, böyük ədalətsizlik və qəddarlıqdır.

Mən ümid edirəm ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəkdir. Bunu etmək üçün əlbəttə ki, biz daha da güclü olmalıyıq. Bu barədə bu gün fikir mübadiləsi aparılmışdır. Deyə bilərəm ki, bu gün biz bütövlükdə çox geniş fikir mübadiləsi apardıq. Həm regional məsələlər, ikitərəfli münasibətlər, həm də Xəzəryanı ölkələr arasındakı əlaqələr haqqında geniş fikir mübadiləsi aparılmışdır. Bu fikir mübadiləsi çox müsbət olmuşdur.

Mən bir daha, cənab Prezident, Sizi və nümayəndə heyətinizi Azərbaycanda səmimiyyətlə salamlayıram! Bir daha demək istəyirəm ki, Sizin səfərinizə Azərbaycanda çox böyük əhəmiyyət veririk! Mən əminəm ki, səfərin çox gözəl və uğurlu nəticələri olacaqdır!

İran Prezidenti Mahmud Əhmədinejadın bəyanatı

- Əziz qardaşım, hörmətli cənab Prezident!

Nazirlər, dövlət rəsmiləri, mətbuat nümayəndələri!

Mübarək Qurban bayramı münasibətilə sizi və dünya müsəlmanlarını bir daha təbrik edirəm. Böyük Allaha minnətdaram ki, ilin əziz günündə imkan yaratdı ki, biz bayramı qardaşlarımızla birgə keçirək. Necə ki, qardaşım hörmətli Prezident qeyd etdi - Azərbaycan və İran xalqları iki qardaş xalqdır. Bu qardaşlıq tarixin, mədəniyyətin, iki millətin dini inanclarının dərinliyindən əmələ gəlmişdir. Bu, qardaşlıq bir günlük və keçici deyildir. Bunun dərin kökləri vardır və həmişə də olacaqdır.

Bu gün Azərbaycan-İran münasibətləri çox yaxşıdır. Azərbaycan-İran qardaşlıq əlaqələri bölgənin sabitliyi və təhlükəsizliyi üçün önəmlidir. Bölgədə sülhün qorunub saxlanılmasında, inkişafında iki ölkənin rolu əvəzsiz və böyükdür. Bu gün bizim müştərək baxışlarımız, yanaşmalarımız və müştərək proqramlarımız bölgədə sülhün bərqərar olmasına, bölgənin inkişafına və beynəlxalq aləmdə sabitliyə yönəlmişdir. Necə ki, mənim əziz qardaşım vurğuladı, ölkələrimizin potensialı mövcud əməkdaşlıqdan qat-qat çoxdur. Biz belə qərara gəlmişik ki, ikitərəfli əlaqələri - iqtisadi, investisiya, ticarət, nəqliyyat sahələrində imkan daxilində genişləndirək. Bu, iki millətin, bölgənin və bölgədəki sülhün və təhlükəsizliyin xeyrinədir.

Bölgə və Xəzər barədə baxışlarımız eynidir. Hər ikimiz bu fikirdəyik ki, Xəzər sülh və qardaşlıq dənizidir, hamı Xəzərin sərvətlərindən ədalətli şəkildə bəhrələnməlidir. Azərbaycan və İranın Xəzər dənizində rolu böyük və təyinedicidir. Azərbaycan Respublikasının möhtərəm Prezidentinin rəhbərliyi və təşəbbüsü ilə Xəzəryanı ölkələrin dövlət başçılarının zirvə görüşü keçiriləcəkdir. İnanıram ki, Azərbaycan Prezidentinin bacarığı və digər dövlət başçılarının iştirakı ilə bu sahədə çox yaxşı qərarlar qəbul ediləcək, böyük addımlar atılacaqdır.

Beynəlxalq məsələlərdə baxışlarımız tamamilə müştərəkdir. Biz həmişə və bütün təşkilatlarda bir-birimizin yanında olacaq və bir-birimizi dəstəkləyəcəyik. Biz də Qarabağ məsələsi ilə bağlı bu fikirdəyik ki, bu problem danışıqlar və ədalət əsasında həll olunmalıdır, hamı gərək danışıqlara və ədalətə arxalansın. Biz var qüvvəmizlə bu problemin danışıqlar, haqq, ədalət və beynəlxalq hüquq çərçivəsində qısa müddətdə həllinə yardımımızı göstərməyə hazırıq. Azərbaycanın təhlükəsizliyi və onun inkişafı İran üçün böyük əhəmiyyət daşıyır. Azərbaycanın inkişafını, təhlükəsizliyini özümüzün inkişaf və təhlükəsizliyi hesab edirik. Bütün beynəlxalq təşkilatlarda və dünya birliyində Azərbaycanın yanında olacağıq. Biz iki qardaş dövlətik. Bu qardaşlıq davam edəcək, zaman keçdikcə güclənəcək və dərinləşəcəkdir.

Bu gün Allahımıza şükür edirik ki, Azərbaycan qardaşım, hörmətli Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətli inkişaf mərhələsini yaşayır. Hər gün biz əziz Azərbaycanın inkişafı barəsində yeni-yeni xəbərlər əldə edirik və buna sevinirik. Düşünürəm ki, inkişaf naminə əməkdaşlığımız davam edəcəkdir. Təcrübəmizi paylaşacaq və hər iki millətin xeyrinə bütün imkanlardan istifadə edəcəyik.

Mənim səfərim evimə, qardaşlarımın yanına olan səfərdir. Biz elə hiss edirik ki, qardaşlarımızın arasındayıq və inanırıq ki, azərbaycanlı qardaşlarımız da İrana səfəri zamanı eyni hissləri keçirirlər. Ümidvarıq ki, bu hisslər hər gün dərinləşəcək və güclənəcəkdir. Biz çox səmərəli və faydalı müzakirələr apardıq. Aramızda heç bir fikir ayrılığı və anlaşılmazlıq yoxdur. Bütün ikitərəfli əlaqələr müstəvisində, eləcə də regional və beynəlxalq məsələlərdə fikirlərimiz üst-üstə düşür. Biz iqtisadi, mədəni məsələlərdən tutmuş siyasi, regional və beynəlxalq əməkdaşlıq məsələlərinə qədər bütün məsələləri diqqətlə nəzərdən keçirdik. Əməkdaşlığımız, gələcəkdə birgə işlərimiz üçün çox aydın konturlar cızıldı.

Çox səmimi və mehriban qarşılanmaya görə, əziz qardaşıma təşəkkürümü bildirirəm. İnanıram ki, bu səfər zamanı apardığımız danışıqlar və əldə etdiyimiz anlaşmalar həm ikitərəfli əlaqələrdə, həm regional çərçivədə, həm də beynəlxalq miqyasda iki millətin xeyrinə və mənafeyinə, dünyada sülhə və sabitliyə müsbət töhfələrini verəcəkdir.

Bir daha Azərbaycan Respublikasının Prezidentinə təşəkkürümü bildirirəm və onun əməkdaşlığımızın genişlənməsi üçün bütün təşəbbüslərini dəstəkləyirəm. Bir daha bayramınızı təbrik edirəm. Bu bayram Azərbaycan və İran xalqları, bütün dünya müsəlmanları və dünyanın müstəqil xalqları üçün xeyir-bərəkət, sağlamlıq, rifah gətirəcəkdir. Sizə və möhtərəm cənab Prezidentə bir daha təşəkkürümü bildirirəm. 

SƏNƏDLƏR Fərmanlar 23 noyabr 2024
17:40
Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər...

23 noyabr 2024, 17:40
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:05
Azərbaycan Respublikası vətəndaşlarının 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 26-cı bəndini rəhbər tutaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.3-cü və 40.1-ci maddələrinə əsasən və Azərbaycan Respublikasının...

23 noyabr 2024, 16:05
SƏNƏDLƏR Sərəncamlar 23 noyabr 2024
16:03
Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, Sumqayıt şəhərinin 75 illiyi münasibətilə qərara alıram:

Sumqayıt şəhərinin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan...

23 noyabr 2024, 16:03
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:19
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

22 noyabr 2024, 16:19
SƏNƏDLƏR Fərmanlar 22 noyabr 2024
16:17
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 22 oktyabr tarixli 53-VIIQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və...

22 noyabr 2024, 16:17
SƏNƏDLƏR Qanunlar 22 noyabr 2024
16:15
“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci bəndlərini və 95-ci maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan...

22 noyabr 2024, 16:15
SƏNƏDLƏR Sərəncamlar 21 noyabr 2024
16:27
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin və Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzi” publik hüquqi şəxs ləğv edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1....

21 noyabr 2024, 16:27
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:14
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan...

19 noyabr 2024, 16:14
SƏNƏDLƏR Fərmanlar 19 noyabr 2024
16:12
“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 dekabr tarixli 2424 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1028-VIQ...

19 noyabr 2024, 16:12