Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər

18 noyabr 2010, 23:00
Xəzəryanı ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər

Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının üçüncü Zirvə Görüşünün sənədlərinin imzalanmasından sonra prezidentlər mətbuata bəyanatla çıxış etdilər.

Azərbaycan Prezidenti İlham Əliyev Zirvə Görüşünün konstruktiv keçdiyini, imzalanan sənədlərin əməkdaşlığın çərçivəsini dəqiq müəyyən etdiyini bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, bu sənədlər hazırlıq mərhələsində olan məsələlərin razılaşdırılması işində mühüm addımdır.

Prezident İlham Əliyev müzakirələr zamanı qəbul edilən qərarlar haqqında da məlumat verdi. Bildirdi ki, 5 il müddətinə nərə balığına ovun qadağa olunması ilə bağlı mexanizmin 3 ay müddətində hazırlanması barədə müvafiq qurumlara tapşırıqlar verilmişdir. Həmçinin müvafiq qurumlar Xəzərdə milli sektorların hüdudları ilə bağlı müzakirələr aparmalıdırlar.

İran Prezidenti Mahmud Əhmədinejad Bakıdakı Zirvə Görüşü zamanı böyük dostluğun və əməkdaşlığın əsasının qoyulduğunu söylədi.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bugünkü müzakirələr zamanı əsas məsələ – Xəzərin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı irəliləyişin olduğunu söylədi. O, imzalanan sənədlərin mühüm əhəmiyyətini qeyd edərək, Zirvə Görüşünün konstruktiv şəraitdə keçdiyini vurğuladı.

Rusiya Prezidenti Dmitri Medvedev Zirvə Görüşünün konkret nəticələr verdiyini və bu nəticələrdən razı qaldığını söylədi. Dmitri Medvedev əsas məsələ – Xəzərin hüquqi statusu ilə bağlı irəliyə doğru yaxşı addım atıldığını dedi.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin sülh və əməkdaşlıq dənizi olduğunu söylədi.

Dövlət başçıları Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə bir daha təşəkkür etdilər.

Sonda Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək əldə olunan nəticələrə verdikləri töhfələrə görə Xəzəryanı ölkələrin dövlət başçılarına minnətdarlığını bildirdi.

SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
18:08
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq...

07 noyabr 2024, 18:08
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:06
“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin idarəetməsinə veriləcək dövlət müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin və publik hüquqi şəxslərin siyahısı

Azərbaycan Respublikası Prezidentinin

2024-cü il 7 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir

1. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

2. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. “Azərbaycan Xəzər...

07 noyabr 2024, 18:06
SƏNƏDLƏR Fərmanlar 07 noyabr 2024
18:04
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin yaradılması və bununla əlaqədar bəzi məsələlərin həll edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, nəqliyyat və kommunikasiya sahələrində fəaliyyət göstərən dövlət müəssisələrinin işinin təkmilləşdirilməsi, o cümlədən iqtisadi...

07 noyabr 2024, 18:04
SƏNƏDLƏR Sərəncamlar 07 noyabr 2024
17:10
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilsin:

“general-polkovnik” ali...

07 noyabr 2024, 17:10
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:32
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Poçt haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası...

07 noyabr 2024, 12:32
SƏNƏDLƏR Qanunlar 07 noyabr 2024
12:30
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 18-ci və 20-ci bəndlərini rəhbər tutaraq, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının...

07 noyabr 2024, 12:30