19:56

Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev ilə görüşmüşdür.
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevi qarşıladı.
Azərbaycan Prezidenti İlham ƏLİYEV Rusiyanın dövlət başçısını salamlayaraq dedi:
- Sizi Azərbaycanda yenidən görməyimə şadam. Sağ olun ki, dəvətimizi qəbul edib bizə gəlmisiniz. Siz Bakıda səfərdə olarkən razılaşmışdıq ki, bu ilin sonuna qədər Xəzəryanı ölkələrin sammitini keçirək. Mən çox şadam ki, biz bu məqsədi təmin etmişik və ümid edirəm ki, bugünkü diskussiyaların nəticələri yaxşı olacaqdır. Münasibətlərimizin gündəliyinə bir daha nəzər salmaq, daha nələr etmək, harada nəyi tamamlamaq lazım olduğunu müəyyənləşdirmək üçün də yaxşı imkan vardır. Sizinlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Son üç ayda artıq üçüncü dəfədir ki, görüşürük. Buna görə də əlbəttə, hər şeyi ətraflı müzakirə etməyə imkanımız olmuşdur. Amma hər halda həyat bir yerdə dayanmır, irəliyə doğru hərəkət edir. Buna görə də bu görüş məni çox sevindirir.
İkitərəfli planda işlərimiz yaxşı gedir, qarşılıqlı siyasi əlaqələr yüksək səviyyədədir, iqtisadiyyatda da böhrandan sonrakı dövrün çətinliklərini aradan qaldırırıq. Regional problemlərə gəldikdə isə, mən fürsətdən istifadə edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesində fəal iştirakınıza görə bir daha təşəkkürümü bildirmək istərdim. Görüşlərin keçirilməsi barədə Sizin təşəbbüsünüz və şəxsən iştirakınız çox mühüm və müsbət rol oynayır. Ümid edirəm ki, biz bu prosesdə irəliləyişə və bölgəmizdə sülhü, təhlükəsizliyi təmin etməyə nail olacağıq. Bu, yalnız o halda mümkündür ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri, beynəlxalq təşkilatların qərar və qətnamələri əsasında tənzimlənsin. Bu fikir Mayendorfda imzalanmış birgə bəyannamədə də əks olunmuşdur.
Sizi bir daha salamlamaq və ümid etdiyimi bildirmək istəyirəm ki, ölkələrimiz arasında fəal əlaqələr bundan sonra da davam edəcəkdir.
Rusiya Prezidenti Dmitri MEDVEDEV təşəkkür edərək dedi:
- Hörmətli İlham Heydər oğlu, yenidən görüşmək imkanına görə mən də çox şadam. Məni Azərbaycana gəlməyə və sammitdə iştirak etməyə dəvət etdiyinizə görə sağ olun. Həqiqətən bu ideya nisbətən yaxın vaxtlarda, mənim Azərbaycana səfərim dövründə yaranmışdır. Yaxşıdır ki, həmkarlarımız buna razılıq vermişlər və bu gün görüşüb Xəzəryanı qarşılıqlı əlaqələr problemini müzakirə edəcəyik.
Bizim ikitərəfli münasibətlərə gəldikdə isə, Siz hər şeyi çox dəqiq ifadə etdiniz və əslində mənim əlavə ediləsi sözüm yoxdur. Əlaqələrimiz çox yaxşı inkişaf edir. Həm ən yüksək səviyyədə, həm hökumətlərimiz, ölkələrimizin ictimai strukturları arasında, biznes birliyi xətti üzrə. Ümumiyyətlə burada, necə deyərlər, heç nə icad etməyə ehtiyac yoxdur – sadəcə olaraq bu münasibətləri müntəzəm inkişaf etdirmək, ola bilsin ki, işgüzar əlaqələri intensivləşdirmək lazımdır. Mən onu nəzərdə tuturam ki, dövlətlərimiz həqiqətən artıq böhranlı şəraitdə inkişaf dövründən çıxmışlar. Eyni zamanda, keçən il baş vermiş hadisələr hər halda ikitərəfli əmtəə dövriyyəsinə təsir göstərir. Mən fikir vermişəm, bizim xəttimiz bir qədər zəifləyib və əlbəttə onun yenidən artması üçün hər şeyi etmək lazımdır.
Başqa məsələlər – təkcə Xəzəryanı deyil, həm də regional məsələlər üzrə qarşılıqlı fəaliyyətə gəldikdə isə əlbəttə, biz regionda təhlükəsizliyin təmin edilməsi üçün bundan sonra da bütün zəruri səylərimizi səfərbər etməyə hazırıq. Rusiya Dağlıq Qarabağ probleminin tənzimlənməsi baxımından Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafı prosesinə bundan sonra da kömək edəcəkdir. Son vaxtlar burada müəyyən addımlar atılmışdır. Mən Sizinlə razıyam ki, bu münaqişənin həlli beynəlxalq hüquq müstəvisindədir və bütün istiqamətlər üzrə müvafiq iş aparılır. Biz bu prosesə indiyə qədər olduğu kimi yenə kömək etməyə hazırıq.
Dəvət üçün bir daha sağ olun.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Böyük Vətən müharibəsində Qələbənin 80-ci ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu yubiley tarixini qeyd edən...
03 may 2025, 16:20Hörmətli cənab Prezident,
Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa...
03 may 2025, 11:10Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi...
02 may 2025, 16:31Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
Kamran Bayram oğlu Əliyev Azərbaycan...
01 may 2025, 16:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. İlham Ata oğlu Mirzəliyev “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin...
01 may 2025, 16:27PDF yükləyin
01 may 2025, 16:17PDF yükləyin
01 may 2025, 16:15Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...
01 may 2025, 16:13Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Quxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı...
01 may 2025, 13:30Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...
30 aprel 2025, 16:53