İlham Əliyev Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşmüşdür

24 mart 2014, 15:00
İlham Əliyev Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşmüşdür

Prezident İlham Əliyev Haaqada Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşmüşdür.

Görüşdə Azərbaycan Respublikası ilə Niderland Krallığı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu.

Ölkələrimizin siyasi, iqtisadi, biznes və digər sahələrdə uğurlu əməkdaşlıq qurduqları vurğulandı. Azərbaycan ilə Niderlandın təhsil və elm sahələrində də yaxşı əməkdaşlıq etdikləri bildirildi.

Söhbət zamanı Azərbaycanın “ADA” Universiteti ilə Niderlandın Maastrixt Universiteti arasında əlaqələrin inkişafından razılıq ifadə olundu.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55