Hörmətli cənab Prezident,
Yunanıstan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Yunanıstan arasındakı dostluq əlaqələrinin genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı yolunda addımlarımız bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Yunanıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 19 mart 2014-cü il.