10:35
Hörmətli Konqres iştirakçıları!
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, sağlamlığın qorunmasına yönəlmiş nəcib...
13 iyun 2025, 10:35Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfərə gələn Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ilə görüşmüşdür.
Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi qarşıladı.
Azərbaycan Prezidenti İlham ƏLİYEV Qazaxıstanın dövlət başçısını salamlayaraq dedi:
- Hörmətli Nursultan Abışeviç!
Sizi Azərbaycanda salamlamağa çox şadam. Sağ olun ki, dəvətimizi qəbul edib ölkəmizə gəlmisiniz. Bu gün görüşmək üçün yaxşı səbəb vardır. Biz Xəzəryanı ölkələrin dövlət başçılarının növbəti sammitini keçiririk. Bu fürsətdən istifadə edib Sizinlə görüşməyə və ikitərəfli münasibətlərimizi, regional problemləri bir daha müzakirə etməyə çox şadam.
Münasibətlərimiz çox dinamik, uğurla, müsbət istiqamətdə inkişaf edir. İki qardaş ölkə beynəlxalq təşkilatlarda, regional formatda fəal qarşılıqlı əlaqə saxlayır, regionlarımız arasında iqtisadi əlaqələr inkişaf edir və ümumiyyətlə, böyük sənaye potensialımız vardır. Buna görə də, əlbəttə, iqtisadi gündəmdə olan məsələlərə bir daha nəzər salmağa, harada nəyi əlavə edə biləcəyimizə, hansı sahələrin müştərək layihələrlə hələ tam əhatə edilmədiyinə baxmağa ehtiyac vardır.
Potensial həqiqətən çox böyükdür və ən başlıcası bizdə, Azərbaycanda ikitərəfli əlaqələrimizi xalqlarımızı həmişə bir-birinə bağlayan dostluq, mehriban qonşuluq, qardaşlıq ruhunda çox fəal inkişaf etdirmək arzusu güclüdür. Ölkələrimizin artıq müstəqil dövlətlər kimi inkişaf etdiyi dövrdə biz bütün inteqrasiya proseslərinin çox fəal, dinamik inkişafının şahidiyik. Buna görə Sizi bir daha salamlamaq istəyirəm. Xoş gəlmisiniz. Siz bizim əziz qonağımızsınız. Ümid edirəm ki, ölkəmizdə olmağınız, qısamüddətli də olsa faydalı və xoş olacaqdır.
Qazaxıstan Prezidenti Nursultan NAZARBAYEV təşəkkür edərək dedi:
- Sağ olun, İlham Heydər oğlu. Bakıda, Azərbaycanda olmaq mənə həmişə xoşdur. Təəssüf ki, həmişə vaxt azlıq edir və Sizin kimi, biz də ölkəni gəzməyə macal tapmırıq. Mənim keçənilki səfərimdən sonra münasibətlərimiz daha da fəallaşmışdır. Baxıram ki, əmtəə dövriyyəsi xeyli artmışdır. Bu il Qazaxıstan sizə təxminən bir milyon ton buğda göndərmişdir. Bu, əvvəlki illərdəkindən xeyli çoxdur. Bu mürəkkəb təsərrüfat ilində sizə bu qədər buğda lazım oldu. Bütün başqa məsələlər və razılaşmalar barəsində heç bir fikir ayrılığı yoxdur. Sadəcə olaraq, qarşılıqlı iqtisadi münasibətləri fəallaşdırmaq, ölkələrimiz arasında ticarəti, qarşılıqlı mədəni münasibətləri genişləndirmək lazımdır. İstanbul sammitindən sonra Xəzəryanı dövlətlərin başçılarının bu görüşü barədə razılığa gəlməyimiz də, görüşün gündəliyi də, hazırlanmış sənədlər də artıq ona dəlalət edir ki, bu görüş uğurlu olacaqdır. Hərçənd, biz qlobal məsələləri həll etmirik, buna baxmayaraq, Xəzər barədə Sizinlə bizim mövqelərimiz hələ Aşqabad görüşündən, Tehran görüşündən başlayaraq oxşar mövqelərdir. Bu gün qəbul edəcəyimiz sənədlər – ümumi bəyannamə və təhlükəsizliyə dair saziş də güclü inkişafa dəlalət edir. Fikrimcə, Azərbaycan tərəfi bunun üçün çox iş görmüşdür.
Biz dekabrın 1-də və 2-də keçiriləcək ATƏT-in sammitindəki hadisələri gözləyirik. Sizi orada gözləyirik. Bu, bizim gənc paytaxtımızda ilk dəfə keçirilən çox böyük tədbir olacaqdır. Ümumiyyətlə, indi hamımız bu məsələlər üzərində gərgin işləyirik, həyəcanlanırıq. Xəzər barədə mövqeləri təqribən bilirik. Bu barədə ümumi diskussiya mənim fikrimcə bir daha göstərəcəkdir ki, gələcəkdə Xəzərə dair ümumi konvensiya hazırlamaq, mövqelərimizi yaxınlaşdırmaq, bu məsələlərə dair konsensusa nail olmaq lazımdır.
Hörmətli Konqres iştirakçıları!
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin onkoloqlarının Birinci Konqresinin Bakı şəhərində öz işinə başlaması münasibətilə sizi ürəkdən salamlayır, sağlamlığın qorunmasına yönəlmiş nəcib...
13 iyun 2025, 10:35Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına Syerra-Leone Respublikasının Hökuməti və...
12 iyun 2025, 18:11Hörmətli cənab Baş nazir,
Hindistanın Əhmədabad şəhəri yaxınlığında “Air India” şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində Böyük Britaniya vətəndaşları da daxil olmaqla, çoxsaylı insan tələfatı...
12 iyun 2025, 17:49Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23...
12 iyun 2025, 16:572023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2026-cı il...
12 iyun 2025, 16:55Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli canab Prezident.
İcazə verin, Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və həmvətənlərinizə səmimi təbriklərimi...
12 iyun 2025, 16:01Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin...
12 iyun 2025, 13:20Hörmətli cənab Prezident,
Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə...
12 iyun 2025, 11:02Hörmətli Vladimir Vladimiroviç.
Dövlət bayramı- Rusiya Günü münasibətilə səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Azərbaycan və Rusiya xalqlarını əsrlər boyu ənənəvi sıx dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək...
12 iyun 2025, 11:00Hörmətli iclas iştirakçıları!
Sizi Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi...
12 iyun 2025, 10:36Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri, əziz Qardaşım.
Ölkənizin milli bayramı – 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyur,...
11 iyun 2025, 16:21