İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşü olmuşdur

18 noyabr 2010, 19:10
İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşü olmuşdur

Prezident İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfərə gələn Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşmüşdür.

Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

Azərbaycan Prezidenti İlham ƏLİYEV Türkmənistanın dövlət başçısını salamladı, onu Bakıda görməyindən məmnun olduğunu bildirərək dedi:

- Hörmətli cənab Prezident, Sizi salamlamağa şadam. Sizi Azərbaycan torpağında səmimi qəlbdən salamlayıram. Çox şadam ki, Siz bizə gəlmisiniz. Bu gün biz Xəzəryanı ölkələrin dövlət başçılarının görüşünü keçirəcəyik. Bu, ikitərəfli məsələləri bir daha müzakirə etmək, regional problemlərə dair fikir mübadiləsi aparmaq üçün yaxşı imkan olacaqdır. Münasibətlərimizin necə inkişaf etməsindən çox razıyıq. Bu münasibətlər dostluğa, qardaşlığa, qarşılıqlı dəstəyə əsaslanır. Əminəm ki, biz gələcəkdə də əməkdaşlığı eyni dərəcədə fəal surətdə inkişaf etdirəcəyik. Bizi xalqlarımızın ortaq soy-kökləri, müştərək tarixi, uzun əsrlər boyu qarşılıqlı əlaqələri bir-birimizə bağlayır. Çox sevindirici haldır ki, indi Türkmənistanın və Azərbaycanın müstəqil inkişaf etdiyi şəraitdə ölkələrimiz böyük uğurlar qazanmışdır. Ölkələrimiz uğurla inkişaf edir, onlar güclü iqtisadiyyata malik olan, özlərini təmin edə bilən ölkələrdir. Ümid edirik ki, biz ikitərəfli xarakter daşıyan məsələlərdə tərəqqi, inkişaf və qarşılıqlı fəaliyyət müşahidə edəcəyik. Sizi bir daha səmimi qəlbdən salamlayıram. Xoş gəlmisiniz.

Türkmənistan Prezidenti Qurbanqulu BERDİMƏHƏMMƏDOV təşəkkür edərək dedi:

- Hörmətli İlham Heydər oğlu, Türkmənistanın ünvanına söylədiyiniz səmimi sözlərə görə sağ olun. Bizi Xəzəryanı ölkələrin dövlət başçılarının bugünkü sammitində iştirak etmək üçün Sizin gözəl, cavanlaşan Bakı şəhərinə, gözəl ölkənizə dəvət etdiyinizə görə çox minnətdarıq. Biz həmişə deyirik ki, Xəzər sülh və mehriban qonşuluq dənizidir. Siz çox düzgün dediniz ki, mehriban qonşular kimi bizim çox qədim ənənələrimiz vardır, babalarımız, ulu babalarımız bizə çox yaxşı nəsihətlər vermişlər. Yəqin ki, bu gün əsas problem bütün bu mədəniyyəti, tarixi, milli xüsusiyyətləri böyüməkdə olan nəslə verməkdir. Ümumiyyətlə, Sizə həm də ona görə təşəkkürümü bildirmək istərdim ki, siyasi arenada mövqelərimiz eynidir, dünya siyasətində bir-birimizi başa düşürük, bu məsələlərdə qarşılıqlı anlaşma sayəsində beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyət göstəririk.

İkitərəfli münasibətlərimizə gəldikdə isə, ticari-iqtisadi münasibətlərdə, sahəvi məsələlərdə çox yaxşı meyillər vardır və əlbəttə, Sizin xatırlatdığınız kimi, sosial, humanitar məsələlərdə işlərimiz çox yaxşı gedir. Sevindirici haldır ki, ötən il bizdə, Türkmənistanda Azərbaycan Günləri çox yaxşı keçdi. Lap yaxın vaxtlarda isə Azərbaycanda Türkmənistan Günləri keçirilmişdir. Bizim hökumətlərarası komissiya bütün bu işlərə yaxşı təkan verir. Bir həftədən sonra hökumətlərarası komissiyanın növbəti iclası bizdə olacaqdır. Buna görə də düşünürəm ki, əgər hər hansı işçi məsələlər yaransa, komissiya onları artıq öz səviyyəsində həll edəcəkdir. Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etmək istərdim. Qurban bayramı bizim üçün, bütün müsəlman xalqları üçün müqəddəs bayramdır. Azərbaycan xalqına ən xoş arzularımı bildirir, ona firavanlıq arzulayıram. Fürsətdən istifadə edib Sizi özünüz üçün münasib bir vaxtda qonaqpərvər Türkmənistana dəvət etmək istərdim. Sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun. Qardaş ölkədə yenidən olmaq dəvətindən məmnuniyyətlə istifadə edərəm. Sizdən də xahiş etmək istəyirəm ki, bütün qardaş Türkmənistan xalqına mənim ən xoş arzularımı – sülh, inkişaf, firavanlıq arzularımı çatdırasınız. Sizi və Sizin şəxsinizdə bütün qardaş Türkmənistan xalqını Qurban bayramı, bizim ümumi bayramımız münasibətilə təbrik edirəm. Bu bayram da xalqlarımızı birləşdirir və mənim üçün çox xoşdur ki, Siz Azərbaycana bu bayram günlərində gəlmisiniz. Bu, bizim aramızda və xalqlarımız arasında münasibətləri nümayiş etdirən yaxşı amildir.

Prezident Qurbanqulu BERDİMƏHƏMMƏDOV: Bu, gələcək üçün yaxşı müjdədir. 

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:40
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının...

17 aprel 2025, 16:40