İlham Əliyev paytaxtda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olmuşdur

07 mart 2014, 10:30
İlham Əliyev paytaxtda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev paytaxt Bakıda inşası davam etdirilən bir sıra yol qovşaqlarında və yol ötürücülərində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Son illər paytaxtda və regionlarda yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir. 

Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə işlər də ardıcıl olaraq davam etdirilir. Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yerüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə yönəldilmişdir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri belə bir reallığı da ortaya qoyur ki, son illərdə qazanılan nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, paytaxtın yol-nəqliyyat infrastrukturunun daha müasir səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü və mühüm tədbirlər sırasına yeniləri də əlavə edilir. 

Prezident İlham Əliyev əvvəlcə paytaxtın Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi ilə tanış oldu.

Nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. 

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, Ziya Bünyadov prospektinin yenidən qurulması layihəsinə görə 10 kilometrə yaxın uzunluğu olan 10 cərgəli avtomobil yolu ən müasir tələblər səviyyəsində salınır. Layihəyə əsasən burada müxtəlif səviyyəli 5 yol qovşağı, 4 yerüstü və 2 yeraltı piyada keçidi də inşa olunur. Ziya Bünyadov prospektinin Müzəffər Nərimanov küçəsi ilə kəsişməsində birinci yol qovşağı tuneldən və tunel üzərində nəqliyyat vasitələrinin dairəvi hərəkətini və geriyə dönmələrini təmin edən yollardan ibarətdir. Tunelin ümumi uzunluğu 780, qapalı hissəsinin uzunluğu isə 300 metrdir. Altızolaqlı yolun eni 27 metrə yaxındır. Tunel nəqliyyat vasitələrinin Ziya Bünyadov prospekti boyunca Böyükşor və 20 Yanvar dairələri istiqamətində maneəsiz, intensiv hərəkətini təmin edəcəkdir. Tunelin üstündə inşa olunmuş avtomobil yolları isə nəqliyyat vasitələrinin dairəvi, geriyə dönmə, Müzəffər Nərimanov küçəsi ilə Heydər Əliyev prospekti istiqamətinə və əksinə hərəkətini təmin edəcəkdir. Yenidən qurulmuş Müzəffər Nərimanov küçəsi üzrə dördzolaqlı yolun ümumi uzunluğu 1740, eni 19 metrdir. 

X X X

Sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində inşa olunan müxtəlif səviyyəli yol qovşağının yerləşdiyi əraziyə gəldi.

Burada görülən işlər barədə də dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, yol qovşağının girişlərlə birlikdə uzunluğu 600 metrdir. 328 metr uzunluğunda olan körpü iki istiqamətdə altızolaqlıdır. Körpünün yaxınlığında piyadaların hərəkətini asanlaşdırmaq məqsədilə yerüstü keçid də inşa olunmuşdur. 

Qeyd edildi ki, şəhərin bu istiqamətində mövcud yol ensiz olduğu üçün hərəkətin intensivliyinə əngəl törədir və tıxaclara səbəb olurdu. Yeni yol və yol boyu inşa edilən körpülər hazır olduqdan sonra bu istiqamətdə avtomobillərin rahat və maneəsiz hərəkətini təmin edəcək, paytaxtın müxtəlif mikrorayonları, xüsusilə də Binəqədi rayonu istiqamətində nəqliyyatın intensiv hərəkətinə şərait yaradacaqdır.

X X X

Daha sonra Prezident İlham Əliyev Ziya Bünyadov prospekti ilə Əbdülvahab Salamzadə, Alı Mustafayev və Hüseynbala Əliyev küçələrinin kəsişməsində - “Xutor” dairəsində inşa olunan müxtəlif səviyyəli yol qovşağında tikinti işlərinin gedişi ilə tanış oldu.

Yol qovşağının texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verildi. Qovşaqda üç tunel, bir körpü, iki yeraltı piyada keçidinin inşa olunduğu qeyd edildi. Bildirildi ki, buradakı körpünün uzunluğu 630 metr olacaqdır. Layihəyə əsasən, qovşaqda yan və tunelüstü yollar inşa edilir. Bu qovşağın istifadəyə verilməsi ilə Ziya Bünyadov prospektindən hərəkət edən avtomobillər 20 Yanvar dairəsi və Qələbə meydanı istiqamətinə maneəsiz hərəkət edə biləcəklər. Bundan başqa, qovşaq 20 Yanvar dairəsi və Qələbə meydanından gələn nəqliyyat vasitələrinin əks istiqamətə - Ziya Bünyadov prospektinə çıxışını təmin edəcəkdir. Qovşaqdakı körpüdən isə avtomobillər Əbdülvahab Salamzadə küçəsindən Rəşid Məmmədov küçəsinə və əks istiqamətə rahat hərəkət edə biləcəkdir. 

İnşası davam etdirilən yol qovşaqlarının və yol ötürücülərinin hamısında bütün kommunikasiya sistemləri, o cümlədən su, istilik, qaz, rabitə və yağıntı sularını axıdan xətlər dəyişdirilmiş, yeni drenaj sistemi yaradılmışdır. Yeni nəhəng yol qurğusunun istifadəyə verilməsi nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində paytaxtda aparılan mühüm işlərin davamlı xarakter aldığını bir daha təsdiqləyir. Belə layihələrin uğurla icra olunması bir daha sübut edir ki, ölkədə aparılan sosialyönümlü tədbirlərdə başlıca məqsəd əhalinin rahatlığını təmin etməkdir. 

İnşaat işlərinin gedişi ilə yaxından tanış olan dövlətimizin başçısı müvafiq göstərişlərini verdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 07 iyun 2025
14:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub.

Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevi və Azərbaycan xalqını...

07 iyun 2025, 14:50
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:32
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 196-VIIQD nömrəli Qanununun tətbiqi və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli 672 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:32
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:30
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin...

05 iyun 2025, 15:30
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:28
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 16 may tarixli 200-VIIQD nömrəli Qanununun tətbiqi və “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan...

05 iyun 2025, 15:28
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:26
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası...

05 iyun 2025, 15:26
SƏNƏDLƏR Fərmanlar 05 iyun 2025
15:24
“Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 205-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik...

05 iyun 2025, 15:24
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:22
Azərbaycan Respublikasının Su Məcəlləsində və “Meliorasiya və irriqasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Su Məcəlləsində (Azərbaycan Respublikasının...

05 iyun 2025, 15:22
SƏNƏDLƏR Qanunlar 05 iyun 2025
15:20
“Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

2025-ci il fevralın 24-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası...

05 iyun 2025, 15:20