İlham Əliyevin adından Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin şərəfinə rəsmi ziyafət verilmişdir

12 fevral 2014, 23:10
İlham Əliyevin adından Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin şərəfinə rəsmi ziyafət verilmişdir

Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Georgi Marqvelaşvilinin şərəfinə rəsmi ziyafət verilmişdir.

Mərasimdə çıxış edən Prezident İlham ƏLİYEV dedi:

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Biz bu gün səhərdən Sizinlə birlikdə danışıqlar apardıq, ikitərəfli münasibətlərin bir çox mühüm, o cümlədən regional məsələlərini müzakirə etdik. Əlaqələrimizin gələcək inkişafı üzrə fikir mübadiləsi apardıq. Deyə bilərəm ki, müzakirə olunan bütün məsələlərdə fikirlərimiz üst-üstə düşür. Ən başlıcası odur ki, biz ikitərəfli əlaqələrimizi bütün istiqamətlərdə fəal inkişaf etdirmək niyyətindəyik. Bu gün biz bir növ görülən işləri təhlil etdik və gələcək üçün əlaqələrin inkişaf yollarını müəyyənləşdirdik. Birinci növbədə qarşılıqlı siyasi fəaliyyətin möhkəmləndirilməsi, beynəlxalq təsisatlarda qarşılıqlı dəstək, mühüm qlobal enerji və nəqliyyat layihələrinin reallaşdırılmasına sadiqlik - bunlar çox vacib məsələlərdir. Çünki Gürcüstan və Azərbaycan bu məsələlərdə - onun əlaqələndirilməsində, qarşılıqlı fəaliyyətində və qarşılıqlı dəstəkdə çox mühüm rol oynayırlar. Artıq regional çərçivədən kənara çıxan layihələrin reallaşdırılmasında bütün bunlar çox vacibdir.

Əminəm ki, energetika sahəsində, nəqliyyat, kommunikasiya infrastrukturlarında biz qarşıdakı illərdə daha böyük uğurlara nail olacağıq. Biz, həmçinin iqtisadi əlaqələrin inkişafı perspektivlərini müzakirə etdik. Hesab edirəm ki, əmtəə dövriyyəsinin artırılması üçün yaxşı imkanlar vardır. Ölkələrimizin potensialından daha geniş istifadə etmək və sahibkarlara daha yaxşı şərait yaratmaq lazımdır ki, onlar bazarın tələblərinə uyğun olaraq istehsal edilən məhsulların ixracını artırsınlar. Artıq investisiya layihələri həyata keçirilir. Gələcək üçün də perspektivlər vardır.

Hesab edirəm ki, qarşıdakı illərdə biz daha böyük həcmdə investisiyalar yatıracağıq. Bununla da iqtisadiyyatlarımızın daha çox inteqrasiya etməsinə təkan verəcəyik. Bütövlükdə humanitar əməkdaşlıq da daxil olmaqla müzakirə edilən bütün məsələlərdə bizdə qarşılıqlı anlaşma, münasibətlərimizin perspektivinə dəqiq nöqteyi-nəzər mövcuddur. Əsas odur ki, Gürcüstan və Azərbaycan bu gün iki müstəqil dövlət kimi regional və kontinental məsələlərdə mühüm rol oynayır. Bu qarşılıqlı fəaliyyətin bünövrəsi isə əlbəttə ki, xalqlarımızın arasındakı münasibətdir. Əsrlər boyu xalqlarımız qonşu yaşayıblar, hər zaman bir-birinə dayaq olublar, bir-birini dəstəkləyiblər və gələcəkdə də belə dostluq və anlaşma şəraitində yaşayacaqlar. Bu, bizim qoruya bildiyimiz əsas sərvətdir və biz bunu gələcəkdə daha da zənginləşdirəcəyik.

Əlbəttə xalqlarımız görəndə ki, dövlət rəhbərləri oxşar, eyni mövqeyə malikdirlər və bir-birlərini dəstəkləyirlər bu da, həmçinin onlar üçün qarşılıqlı fəaliyyətin bütün səviyyələrində münasibətlərin möhkəmləndirilməsi və inkişafı üçün yeni imkanlar yaratmaq baxımından yaxşı işarədir. Bizim uğurlu gələcəyimiz yalnız sıx qarşılıqlı fəaliyyət sayəsində mümkündür. Bu məsələlərdə baxışlarımız tam vəhdət təşkil edir. Əminəm ki, ölkələrimiz inkişaf etmiş dövlətə çevrilmək üçün qarşıya qoyulan məqsədlərə nail olacaqdır.

Bilirəm ki, hazırda Gürcüstanda dövlət rəhbərliyi həyatın bütün sahələrində yaxşı nəticələr verən fəal islahatlara başlayıb. Bu islahatlarda onlara uğurlar arzulamaq istərdim. Əminəm ki, nəzərdə tutulanların hamısı gerçəkləşəcəkdir. Biz də öz tərəfimizdən sizin nailiyyətlərinizə, qələbələrinizə yalnız sevinəcəyik və dost, qardaş kimi həmişə yanınızda olacağıq. Tarixin hökmü belədir. Zənnimcə, bu, tarixin, yəqin, həm də təbiətin xalqlarımıza xoş münasibətidir ki, biz qonşu olmuşuq. Bizim münasibətlərin nümunəsi fikrimcə öyrənilməyə layiqdir. Heç də həmişə, hər qonşu xalqlar Gürcüstan və Azərbaycan dövlətləri və xalqları kimi mehriban dostluq, anlaşma və sülh şəraitində yaşamırlar və iki dövlət kimi qarşılıqlı fəaliyyət göstərmirlər. Bu, elə bir sərvətdir ki, biz bunu qorumalı və saxlamalıyıq, belə də edəcəyik. Bizim insanlarımızın, vətəndaşlarımızın güzəranını daha da yaxşılaşdırmaq, ölkələrimizin isə daha güclü olması üçün birgə işləyəcəyik. Gürcüstana uğurlar, qələbələr və gürcü xalqına tərəqqi arzulayırıq.

X X X

Gürcüstan Prezidenti Georgi MARQVELAŞVİLİ çıxış edərək dedi:

- Cənab Prezident, ilk növbədə istərdim ki, mənim və nümayəndə heyətimizin üzvlərinin Azərbaycanın paytaxtı Bakıda gördüklərimizə heyrətimizi bildirim.

Əlbəttə, səfərimiz bizim ilk görüşümüzün təəssüratları ilə başladı. Biz görüşərək regionun və ölkələrimizin gələcəyi haqqında söhbət açdıq. Amma mən qeyd etmək istərdim ki, gələcək layihələr, problemlər və onların həlli yollarına baxışlarımız üst-üstə düşür. Düşünürəm ki, bu da regionun və bu layihələrin gələcək inkişafına müsbət təsir göstərəcəkdir. Təbii ki, Azərbaycanda gerçəkləşən layihələrə və sürətlə gedən inkişafa heyrətlənməmək mümkün deyildir. Biz bu gün yeniləşən və müasirləşən Bakını görmək imkanı əldə etdik. Biz bütün gördüklərimizin xoş təsiri altında olduq. Təbii ki, Azərbaycan və hökumətiniz bu inkişafı Heydər Əliyevin rəhbərliyi altında gedən keçmiş proseslərdən alır və çox şadıq ki, bu proseslər bu gün də davam edir, dərinləşir və öz bəhrələrini verir.

Sizin qeyd etdiyiniz kimi, ölkələrimiz arasındakı əməkdaşlıq nəinki region, həm də bir çox xalqlar üçün nümunədir. Biz Sovet İttifaqı dağılandan sonra həm öz dövlətçiliyimizi, həm də bir-birimiz arasında münasibətləri qardaşlıq, qarşılıqlı anlaşma və hörmət əsasında formalaşdıra bildik. Təbii ki, biz gələcəyə böyük planlarla gedirik. Qeyd etdiyiniz kimi, enerji və nəqliyyat layihələri təkcə ölkələrimizin və xalqlarımızın deyil, həm də digər dövlətlərin inkişafına real təminat verir. İnanıram ki, müasir dünyanın əksər dövlətləri bizim əməkdaşlığa baxır və əmin olurlar ki, bu əməkdaşlıq gələcəkdə öz bəhrələrini verəcəkdir. Müvafiq olaraq bu layihələrin inkişafı istiqamətində işləyən tərəfdaş və tranzit ölkə kimi biz əsası qoyulmuş prinsiplərə sadiqik və bu layihələrin gələcəkdə daha da inkişafına ümid edirik. Bir daha qeyd etmək istərdim ki, biz siyasi sahədə də səmərəli əməkdaşlıq edirik. Bu əməkdaşlığın artıq öz tarixi vardır.

Bəli, biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycan da Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Biz bu mövqeyimizi beynəlxalq forumlarda mütəşəkkil şəkildə nümayiş etdiririk. Təəssüf ki, bizim dövlətlərdə bu problemlər yaranıb və əminəm ki, onlar beynəlxalq hüquq normaları çərçivəsində və sülh yolu ilə öz həllini tapacaqdır. Bizim əməkdaşlığımız bunun üçün zəmin yaradır.

Son 20 il ərzində necə əməkdaşlıq etdiyimizə bir daha nəzər yetirsək görərik ki, bu əməkdaşlıqda xalqlarımız böyük rol oynayır. O xalqlar ki, qardaşlaşıblar, öz ölkələrini inkişaf etdiriblər və qonşu ölkələrə hörmətlə yanaşıblar. Burada ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə vermiş Azərbaycan mənşəli Gürcüstan vətəndaşlarının və gürcü mənşəli Azərbaycan vətəndaşlarının mühüm rolunu qeyd etməmək olmaz.

Bir daha qeyd edim ki, bu gün mənin üçün unudulmaz bir gündür. Əminəm ki, bizim nümayəndə heyətimiz üçün də unudulmazdır. Ölkələrimiz arasında yaranmış dostluq, əməkdaşlıq, mehriban qonşuluq hisslərimizi müvafiq olaraq real layihələrə, real gələcəyə, iqtisadi, siyasi və mədəni əlaqələrin inkişafına yönəldəcəyik. Bütün bunlar olduqca əhəmiyyətlidir.

Çünki iqtisadi layihələrin arxasında mədəni və mənəvi birlik dayanır. Biz təhsil, elm sahələrində layihələrin inkişafını böyük diqqətlə izləyəcəyik. Əminəm ki, bu sahələr Gürcüstanda da, Azərbaycanda da inkişaf edəcək və bu sahələrdə əməkdaşlığa ümidlə baxacağıq. Qəbula görə Sizə bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:58
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının...

17 aprel 2025, 16:58
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:56
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 17-ci və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr...

17 aprel 2025, 16:56
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:54
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda və “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi...

17 aprel 2025, 16:54
SƏNƏDLƏR Qanunlar 17 aprel 2025
16:52
“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər...

17 aprel 2025, 16:52
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:50
“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan...

17 aprel 2025, 16:50
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:48
“Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 28 fevral...

17 aprel 2025, 16:48
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:42
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 30 avqust tarixli 393 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və “Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və “Azərbaycan alüminiumu” (“Azəralüminium”) Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin “N.Ə.Əmirovun “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında” 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında” 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə” 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında”...

17 aprel 2025, 16:42
SƏNƏDLƏR Fərmanlar 17 aprel 2025
16:40
“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının...

17 aprel 2025, 16:40