“Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikasının medalı haqqında Əsasnamə

12 noyabr 2010, 20:55

Azərbaycan Respublikasının 2010-cu il
22 oktyabr tarixli Qanunu ilə təsdiq
edilmişdir

1. “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında xidmətinin hər il dekabrın 16-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş xüsusi rütbəsi olan əməkdaşlar vəzifə borclarını qüsursuz yerinə yetirdiklərinə görə təltif edilirlər.

2. “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikası medalının 3 dərəcəsi vardır: 

2.1. “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ¬¬– Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 20 il qüsursuz xidmət edən şəxslərə;
2.2. “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 2-ci dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 15 il qüsursuz xidmət edən şəxslərə;
2.3. “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı – Azərbaycan Respublikasının fövqəladə hallar orqanlarında 10 il qüsursuz xidmət edən şəxslərə verilir.

3. “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” 1-ci dərəcəli Azərbaycan Respublikasının medalı ən yüksək dərəcəlidir.

4. “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə bu Əsasnamənin 1-ci bəndində göstərilən şəxslər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.

5. “Fövqəladə hallar orqanlarında qüsursuz xidmətə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. 

SƏNƏDLƏR Fərmanlar 09 may 2025
10:56
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel tarixli 185-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 22 aprel...

09 may 2025, 10:56