İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Həsən Ruhaniyə

10 fevral 2014, 18:30

Hörmətli cənab Prezident,

İran İslam Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizə və Sizin simanızda qardaş İran xalqına ən səmimi təbriklərimi yetirirəm.

Ölkələrimiz arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən və ortaq mənəvi dəyərlərimizdən qaynaqlanır.

İnanıram ki, Davos İqtisadi Forumu zamanı keçirdiyimiz görüşdə ifadə etdiyimiz kimi, ikitərəfli münasibətlərimizin xoş ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi, əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost və qardaş İran xalqına sülh və rifah diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 7 fevral 2014-cü il.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55