İran Prezidenti Mahmud Əhmədinejadın rəsmi qarşılanma mərasimi olmuşdur

17 noyabr 2010, 10:56
İran Prezidenti Mahmud Əhmədinejadın rəsmi qarşılanma mərasimi olmuşdur

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Mahmud Əhmədinejadı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi.

İranın və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

İran Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Mahmud Əhmədinejada, İran nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında prezidentlərin qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo