“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

03 fevral 2014, 16:15

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

“Qrant haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №6, maddə 366; 2001, №12, maddə 736; 2002, №12, maddə 706; 2003, №1, maddə 1; 2009, №8, maddə 611) aşağıdakı dəyişikliklər edilsin:

1. Qanunun preambulasında “qrantların” sözündən sonra “(o cümlədən sub-qrantın, qranta əlavənin, habelə ianələr istisna olmaqla bu Qanunun 1-ci maddəsinin birinci hissəsində göstərilmiş məqsədlər üçün digər formada rəsmiləşdirilən yardımların)” sözləri əlavə edilsin;
2. 4-cü maddənin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:
“4. Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi, habelə Azərbaycan Respublikasının hüquqi şəxsinin filial və ya nümayəndəliyi olan donorlar tərəfindən xarici resipiyentlərə qrant verilməsi haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün donorlar tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Azərbaycan Respublikasının resipiyentlərinin aldıqları qrantlar haqqında müqavilələr (qərarlar) qeydə alınması üçün resipiyentlər tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunur. Dövlət büdcəsi hesabına verilmiş qrant barədə müvafiq məlumat qrant müqaviləsini (qərarını) qeydə alan orqana donor tərəfindən təqdim olunur.”.
3. 4-cü maddəyə aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin:
“4-1. Bu maddədə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı göstərilmiş tələblər qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, habelə müqavilələrin (qərarların) müddətinin, məqsədinin, məbləğinin dəyişdirilməsi hallarına da şamil olunur.”.
4. 4-cü maddənin 5-ci hissəsinin birinci cümləsində “əməliyyatlar keçirilə” sözləri “bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 dekabr 2013-cü il.

SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:27
Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Balakən rayonunun Heydər Əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının...

08 may 2025, 16:27
SƏNƏDLƏR Sərəncamlar 08 may 2025
16:21
Azərbaycan Respublikasının mədəniyyət və elm xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...

08 may 2025, 16:21