İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “DET-AL Alüminium” MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışında iştirak etmişdir

21 yanvar 2014, 14:20
İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “DET-AL Alüminium” MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “DET-AL Alüminium” MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının açılışında iştirak etmişdir.

Dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun və sənayenin əsaslı şəkildə inkişafı başlıca prioritetlərdəndir. Qarşıya qoyulan əsas məqsədlərdən biri də ölkəmizin regionlarında sənayeni daha da inkişaf etdirməkdir. Ölkənin qeyri-neft sektoruna yönəldilən investisiyalar Azərbaycan iqtisadiyyatının daha da inkişafına və keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. Bu baxımdan Gəncədə “DET-AL Alüminium” MMC-nin Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodları da Azərbaycan iqtisadiyyatına mühüm töhfədir. Prezident İlham Əliyevin 2014-cü ilin Azərbaycan Respublikasında “Sənaye ili” elan edilməsi” haqqında Sərəncamına əsasən bu zavodların fəaliyyəti ölkə iqtisadiyyatının sənayeləşdirilməsinin sürətləndirilməsi, yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi, rəqabətqabiliyyətli müasir və prioritet istehsal sahələrinin yaradılması sənayenin innovasiyalar əsasında inkişafının və yeni iş yerlərinin açılmasının təmin olunmasına xidmət edir.
Dövlətimizin başçısı əvvəlcə metaltökmə və fasiləsiz yayma zavodu ilə tanış oldu.

Qeyd edildi ki, bu sənaye kompleksinin təməli 2008-ci ilin martında Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. 2012-ci ilin əvvəlində dövlətimizin başçısının iştirakı ilə kompleksin birinci fazası istifadəyə verilmişdir.

Prezident İlham Əliyev ölkədə alüminium sənayesinin inkişafına və “DET-AL Alüminium” Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodlarının tikinti və quraşdırma mərhələsi, texnoloji və istehsal prosesləri, məhsulların növü və təyinatı haqqında hazırlanan stendlərə və bu prosesi əks etdirən videoçarxa baxdı.

Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirdi ki, kompleksdə dünya standartlarının tələblərinə cavab verən, istehsal gücü 50 min ton olan iki modern zavod qurulmuşdur. Bunlar metaltökmə və fasiləsiz yayma, təzyiqlə emal və boyama zavodlarıdır.

Dövlətimizin başçısı metaltökmə və fasiləsiz yayma zavodunu işə saldı.

Azərbaycan Prezidenti İlham Əliyev zavodun fəaliyyəti ilə bağlı stendlərə və maketə baxdı, istehsal prosesini izlədi, hazır məhsullarla tanış oldu.

Dövlətimizin başçısına məlumat verildi ki, zavodlarda yerüstü sahələrlə yanaşı, texnologiyanın xüsusi tələblərini və texniki təhlükəsizlik qaydalarını əsas tutan, 8-11 metr dərinliyində yerləşən, 8500 kvadratmetr yeraltı istehsal və texniki sahələr də mövcuddur. Yeni tikilən zavodların infrastruktur təminatı sahəsində də bir sıra işlər görülmüşdür. Burada 4 kilometr uzunluğunda yeraltı beton kanallar vasitəsilə yüksək gərginlikli kabel xətləri çəkilmiş, müasir tələblərə cavab verən idarəetmə, məişət və digər köməkçi sahələr tikilmişdir.

İllik 50 min ton gücə malik metaltökmə və fasiləsiz yayma zavodu ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada 8 əritmə sobası və 4 metalyayma aqreqatı quraşdırılmışdır. Elektroliz vannalarından götürülən maye alüminium metaltökmə və fasiləsiz yayma zavoduna daşınaraq ildə 50 min ton 6-10 millimetr qalınlığında alüminiumdan fasiləsiz tökmə rulonlar və alüminium vərəqələr istehsal ediləcəkdir.

Diqqətə çatdırıldı ki, zavod soyuq yayma və boyama sahələrindən ibarətdir. Yeni istifadəyə veriləcək alüminium yarımfabrikat istehsalı zavodunda üç seriyada müxtəlif markalı yarımfabrikat məhsullar istehsal ediləcəkdir. Həmin məmulatlardan avtomobil, kimya, qida sənayesi, inşaat, elektrik, kommunikasiya və digər sahələrdə geniş istifadə olunacaqdır. Artıq istehsal ediləcək məhsulların ixracı ilə bağlı Türkiyə, İtaliya, Polşa, Misir, Rusiya və Ukrayna kimi ölkələrin şirkətləri ilə danışıqlar aparılır.

Vurğulandı ki, gələcəkdə kompleksdə mövcud alüminium yarımfabrikatlarından son məhsulların istehsalı ilə bağlı işlər görüləcəkdir. Zavodların fəaliyyəti nəticəsində 300-ə yaxın yeni iş yeri açılmışdır. Bütövlükdə “DET-AL Alüminium” Kompleksində 1400 nəfər işlə təmin edilmişdir. Bu Kompleks ölkədə qeyri-neft sektorunun şaxələndirilməsinə, regionlarda sənaye potensialının gücləndirilməsinə, sənayenin, habelə əlvan metallurgiya sənayesinin inkişafına mühüm töhfə verəcəkdir.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 07 avqust 2026
13:16
X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Malayziyada...

07 avqust 2026, 13:16
SƏNƏDLƏR Sərəncamlar 07 avqust 2026
13:15
İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                                    

İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında...

07 avqust 2026, 13:15
SƏNƏDLƏR Sərəncamlar 07 avqust 2026
13:14
İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

İrfan Şakir oğlu Davudov Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri...

07 avqust 2026, 13:14
SƏNƏDLƏR Sərəncamlar 07 avqust 2026
13:13
X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Xəzər Nadir oğlu Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən...

07 avqust 2026, 13:13
SƏNƏDLƏR Sərəncamlar 07 avqust 2026
13:12
N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                                   

Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycan Respublikasının Estoniya Respublikasında...

07 avqust 2026, 13:12
SƏNƏDLƏR Sərəncamlar 07 avqust 2026
13:11
A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                          

Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və...

07 avqust 2026, 13:11
SƏNƏDLƏR Fərmanlar 07 avqust 2026
13:05
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il mayın 21-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan...

07 avqust 2026, 13:05
SƏNƏDLƏR Fərmanlar 07 avqust 2026
12:53
“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr...

07 avqust 2026, 12:53
SƏNƏDLƏR Fərmanlar 07 avqust 2026
12:51
“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan...

07 avqust 2026, 12:51
SƏNƏDLƏR Qanunlar 07 avqust 2026
12:50
“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 13-cü, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dövlət qulluğu haqqında” Azərbaycan...

07 avqust 2026, 12:50