Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, təhsil əlaqələndiricisi professor Azər Kərimovdan Professorlar - İvan Meznik, Jirek Vanek, Frantisek Capka, Jiri Dusek, Jiri Podluski, Ludek Mikules, Oldrix Sasinka, Nagif Fezi-zadə, Agif Fezi-zadə, Qasım Fezi-zadədən

29 dekabr 2013, 14:00

Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımızı çatdırırıq. Azərbaycan xalqının rifahı, xoşbəxt gələcəyi, torpaqlarımızın azad olunması, Vətənimizin bütövlüyü naminə apardığınız müasir, səmərəli, daxili və xarici siyasəti dəstəkləyir və təbliğ edirik.

Əminik ki, müstəqil Azərbaycan Respublikasının daha da inkişaf etdirilməsi və sivil ölkələr sırasında layiqli yer tutması üçün gördüyünüz işlər tezliklə öz bəhrəsini verəcəkdir.

Çoxmillətli Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin, Brno Texnologiya və G.Masarik universitetlərinin nümayəndələri, həmçinin Azərbaycana bir neçə dəfə səfər etmiş, Sizi yaxından tanıyan elm, iş adamları, tanınmış ziyalılar, soydaşlarımız adından və şəxsən öz adımdan, Zati-aliləri, Sizi ad gününüz və qarşıdan gələn yeni 2014-cü il münasibətilə təbrik edir, Sizə ən xoş arzularımızı bildirirəm.

Arzu edirik ki, həyatınızın hər anı doğma respublikamızın çiçəklənməsi, Azərbaycan xalqının rifahı naminə Sizə möhkəm cansağlığı, səadət və xoşbəxtlik gətirsin.

Tanrı Sizi qorusun.

Dərin hörmət, ehtiramla

Professor Azər Kərimov
Çexiya-Azərbaycan Mədəni Əlaqələr Mərkəzinin sədri, təhsil əlaqələndiricisi

Professorlar - İvan Meznik, Jirek Vanek, Frantisek Capka, Jiri Dusek, Jiri Podluski, Ludek Mikules, Oldrix Sasinka, Nagif Fezi-zadə, Agif Fezi-zadə, Qasım Fezi-zadə

XƏBƏRLƏR Mətbuat xidmətinin məlumatı 15 mart 2025
20:00
Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının...

15 mart 2025, 20:00
SƏNƏDLƏR Sərəncamlar 15 mart 2025
11:18
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət...

15 mart 2025, 11:18
SƏNƏDLƏR Fərmanlar 15 mart 2025
11:14
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il...

15 mart 2025, 11:14