Amerika Birləşmiş Ştatlarının yüksək vəzifəli rəsmilərindən

28 dekabr 2013, 18:00

Amerika Birləşmiş Ştatlarının bir qrup yüksək vəzifəli rəsmisi – senatorlar Mark Pryor, Meri Key Peypn, konqresmenlər Bill Şuster, Dok Hastinqs, Havay ştatı Nümayəndələr Palatasının üzvü Rida T.R.Kabanilla, Nyu-York Assambleyasının üzvü Alek Bruk-Krasni, Tennesi ştatı Memfis Şəhər Şurasının sədri Mayron Loveri və Tulsa şəhərinin meri Susan Savac Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu göndərmişlər.

Məktubda deyilir: “Hörmətli cənab Prezident. Fürsətdən istifadə edərək, biz də ad gününüz münasibətilə Sizə ünvanlanan təbriklərə qoşuluruq. Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımızı çatdırır, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlığa sədaqətiniz üçün təşəkkür etmək istəyirik. Sizin səyləriniz və şəxsi töhfəniz Birləşmiş Ştatlarda çox yüksək qiymətləndirilir. Sizin rəhbərliyiniz altında ölkələrimiz arasındakı əlaqələr daha da güclənmişdir.
Prezidentliyinizin yeni dövründə də ABŞ ilə Azərbaycan arasında mühüm əlaqələri genişləndirmək üçün Sizinlə birgə işləməyə hazırıq”. 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55