“Özkaya Group” şirkəti idarə heyətinin sədri Osman Gezekerdən

28 dekabr 2013, 16:15

Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə uğurlar diləyirəm.

Siz ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müasir, suveren, demokratik Azərbaycanın daha da inkişaf etməsi, regionun lider dövləti rolunu qoruması üçün böyük əmək sərf edirsiniz. Sizin uğurlu siyasətiniz nəticəsində Azərbaycan tezliklə inkişaf etmiş ölkələr sırasında yer tutacaqdır.

Azərbaycan üçün etdikləriniz zəkanızın və zəngin təcrübənizin bəhrəsi olmaqla bərabər, Vətənə, millətə olan sevginizin bariz göstəricisidir. Vətən və millət üçün etdikləriniz haqlı olaraq Sizə dərin hörmət və etimad qazandırmışdır.

Hörmətli cənab Prezident, Sizi ad gününüz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, Sizin kimi bir türk övladı ilə qürur duyduğumu ifadə etmək istəyirəm. Tanrı Sizi qorusun!

Hörmətlə,

Osman Gezeker

“Özkaya Group” şirkəti
idarə heyətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55