Strasburqdakı İnsan Hüquqları üzrə Avropa İnformasiya Mərkəzinin prezidenti Qarri Mureydən

28 dekabr 2013, 14:30

Zati-aliləri,

Doğum gününüz münasibətilə Sizi Strasburqdakı İnsan Hüquqları üzrə Avropa İnformasiya Mərkəzi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Hörmətli cənab Prezident, Siz beynəlxalq aləmdə müdrik dövlət rəhbəri və siyasi xadim kimi tanınırsınız. Siz istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda böyük nüfuza maliksiniz. İndi bütün dünya bilir ki, müasir müstəqil Azərbaycan son 10 ildə, nəinki dünyəvi və hüquqi dövlət modelinə, həm də iqtisadiyyatı inkişaf etmiş ölkələr sırasında liderə çevrilmişdir. Azərbaycan son illərdə sosial-iqtisadi inkişafla yanaşı, insan haqlarının qorunması sahəsində də mühüm uğurlu nəticələrə nail olmuşdur. Siz Azərbaycanda demokratik cəmiyyət quruculuğuna, hüquqi dövlət institutlarının inkişafına əvəzsiz töhfələr vermisiniz.

Zati-aliləri, Sizi bir daha səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, rifah, demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunda daha böyük uğurlar arzu edirəm.

Dərin hörmətlə,

Qarri Murey

Strasburqdakı İnsan Hüquqları üzrə Avropa İnformasiya Mərkəzinin prezidenti 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55