Rusiyanın “Uralvaqonzavod” Elm-İstehsalat Korporasiyasının baş direktoru Oleq Siyenkodan

28 dekabr 2013, 15:55

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi “Uralvaqonzavod” Elm-İstehsalat Korporasiyasının bütün kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikasının müstəqilliyinin, təhlükəsizliyinin və müdafiə qabiliyyətinin, habelə onun iqtisadiyyatının səmərəliliyinin və vətəndaşların həyatının keyfiyyətinin durmadan yüksəlməsi Sizin qəbul etdiyiniz cəsarətli və düzgün qərarların bəhrəsidir. Sizin yüksək peşəkarlığınız, məsuliyyətiniz, işgüzarlığınız, Vətənə sədaqətiniz və sevginiz çoxsaylı mühüm vəzifələrin öhdəsindən uğurla gəlməyə kömək edir.

Zati-aliləri, ən səmimi arzularımı, ali dövləti vəzifənizdə yeni uğurlar, xoşbəxtlik və firavanlıq diləklərimi qəbul edin.

Hörmətlə,

Oleq Siyenko

Rusiyanın “Uralvaqonzavod” Elm-İstehsalat Korporasiyasının baş direktoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55