Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının akademiki Nikas Safronovdan

28 dekabr 2013, 14:40

Möhtərəm İlham Heydər oğlu,

Sizin kimi hörmətli və məşhur siyasi xadimi doğum gününüz münasibətilə təbrik etməyə ürəkdən şadam.

Sizin bütün işləriniz və təşəbbüsləriniz Azərbaycan xalqının həyatının daha da yaxşılaşmasına, ölkənin qüdrətinin və rifahının möhkəmlənməsinə yönəlmişdir.

Arzum budur ki, həyatınızın yeni səhifəsi Sizə yeni qələbələr, yeni uğurlar gətirsin, köhnə və sədaqətli dostlarınızı ürəkdən sevindirsin.

Sizə uzun ömür və möhkəm cansağlığı diləyirəm.

Dərin hörmətlə,

Nikas Safronov

Rusiyanın Əməkdar Rəssamı, Rusiya Rəssamlıq
Akademiyasının akademiki 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55