Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında (Hanoy şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

12 noyabr 2010, 20:26

Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında (Hanoy şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında (Hanoy şəhərində) Səfirliyinin fəaliyyətinin təminatı ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasında (Hanoy şəhərində) Səfirliyinin strukturunu və ştat cədvəlini təsdiq etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2010-cu il.