Zati-aliləri,
İcazə verin, doğum gününüz münasibətilə Sizi - bu nüfuzlu beynəlxalq təşkilatın yaradılmasının təşəbbüsçüsünü Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun rəhbərliyi və Direktorlar Şurasının bütün üzvləri adından təbrik edim, Sizə və yaxınlarınıza möhkəm cansağlığı, əmin-amanlıq və uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edim.
Sizə xas olan əsl lider keyfiyyətləri, təşkilatçılıq məharəti, xalqınıza və dövlətinizə səmimi sevgi, onu firavanlaşdırmaq istəyi sayəsində Siz sülhün, həmrəyliyin, sabitliyin və davamlı inkişafın möhkəmlənməsinə çalışan hər kəsin səmimi hörmətini qazanmısınız.
Sizin çoxillik təcrübəniz, əməyiniz, enerjiniz və iqtisadi cəhətdən güclü və mütərəqqi dövlətin təşəkkülünə yönəlmiş müstəqil siyasətiniz geniş dəstəklənir və Sizin şəksiz lider, nüfuzlu siyasi xadim kimi hörmətinizi daha da artırır. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan rolu, yeni qaz dəhlizi açan TANAP və TAP layihələri, habelə bu günlərdə Bakı şəhərində Avropa ölkələrinin iştirakı ilə imzalanmış “Şahdəniz-2” layihəsinə dair yekun investisiya qərarı Sizin böyük nüfuzunuzu bir daha təsdiq edir. Sizə bundan sonra da Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərinizin həyata keçməsində uğurlar arzulayırıq.
Zati-aliləri, doğum gününüz münasibətilə ən xoş arzularımızı qəbul etməyinizi və Sizə ən yüksək ehtiramımıza əmin olmağınızı xahiş edirik.
Hörmətlə,
Doktor İsmayıl Safi
Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti