13:45
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli...
25 fevral 2025, 13:45Hörmətli konfrans iştirakçıları!
Sizi Azərbaycanın Rus İcması təşkilatının yaradılmasının 20 illiyi münasibətilə ürəkdən salamlayır, hamınıza ən səmimi arzularımı yetirirəm.
Rus İcması ictimai birliyi fəaliyyət göstərdiyi illər ərzində Azərbaycanda millətlərarası münasibətlərin inkişafına və vətəndaş cəmiyyəti quruculuğuna mühüm töhfələr verərək ölkənin nüfuzlu təşkilatlarından birinə çevrilmişdir. Sıralarında vətənpərvər və yaradıcı insanları birləşdirən təşkilatınız rus dili və mədəniyyətinin, milli adət-ənənələrin qorunub saxlanması və inkişafı sahəsində gərəkli fəaliyyət göstərir.
Azərbaycan tarixən sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu unikal məkan olmuşdur. Xalqımızın mentalitetinə xas olan yüksək insanpərvərlik və dözümlülük ayrı-ayrı xalqların və etnik qrupların yüz illər boyu burada əmin-amanlıq, dostluq və qardaşlıq şəraitində, etnik-dini tolerantlıq mühitində yaşamasını təmin etmişdir. Biz cəmiyyətimizdə mövcud olan etnik-mədəni müxtəlifliyi, multikulturalist ənənələri xalqımızın tarixi nailiyyəti kimi qiymətləndirir və bunu milli siyasətimizin başlıca istiqamətlərindən biri hesab edirik.
Bu gün çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətini rus icması olmadan təsəvvür etmək mümkün deyildir. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, Cənubi Qafqazda sayca ən çox rus məhz bizim ölkədə yaşayır. Onlar Azərbaycanı özlərinin doğma vətəni sayır, ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi həyatımızın bütün sahələrində yaxından iştirak edirlər. Bir çox rus vətəndaşlarımız ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mübarizədə əsl vətənpərvərlik və qəhrəmanlıq nümunələri göstərmişlər.
Azərbaycanla Rusiya arasında mehriban dostluq və qonşuluq münasibətləri zəngin tarixi ənənəyə malikdir. Hazırkı mərhələdə həmin ənənələrə əsaslanan və bütün sahələri əhatə edən çoxtərəfli əməkdaşlıq əlaqələrimizin inkişafında hər iki ölkədə fəaliyyət göstərən diaspor təşkilatları və icmalar əhəmiyyətli rol oynayır.
Əziz dostlar!
Rus İcması ictimai birliyi Azərbaycanda yaşayan rusları layiqincə təmsil edərək, son 20 ildə səmərəli bir yol qət etmişdir. Əminəm ki, təşkilatınız ölkəmizdə vətəndaş həmrəyliyinin daha da möhkəmləndirilməsində, xalqlarımızın və mədəniyyətlərimizin bir-birinə yaxınlaşmasında və qarşılıqlı zənginləşməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əzmkar fəaliyyətini bundan sonra da davam etdirəcəkdir. Bu yolda hər birinizə cansağlığı və uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2013-cü il.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında mülki aviasiya sahəsində uzunmüddətli səmərəli...
25 fevral 2025, 13:45Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmaq niyyətini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan...
25 fevral 2025, 13:11Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də...
25 fevral 2025, 13:09Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının...
25 fevral 2025, 13:07Ermənistan Respublikasının Azərbaycan Respublikasına hərbi təcavüzü ilə başlanan I Qarabağ müharibəsi (1991–1994) zamanı Ermənistan tərəfindən Şərqi Zəngəzur və Qarabağ işğal edilərək dağıdılmış, Azərbaycan xalqına qarşı ən...
25 fevral 2025, 13:05Əlahəzrət,
25 Fevral – Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş...
25 fevral 2025, 11:25Hörmətli cənab Prezident,
Estoniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Estoniya arasında...
24 fevral 2025, 11:13