Cənab Prezident,
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Fransa-Qafqaz parlamentlərarası dostluq qrupu adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı üçün başladığınız bütün islahatları prezidentliyinizin yeni dövründə sülh, fundamental azadlıqlara hörmət şəraitində, hüquqi dövlət quruculuğunu və demokratiyanı təkmilləşdirmək yolu ilə uğurla davam etdirməyinizi arzulayıram.
Əminəm ki, qarşıdakı beş ildə Azərbaycan-Fransa əlaqələri daha da güclənəcəkdir.
Cənab Prezident, Sizə dərin ehtiramımın olduğuna əmin ola bilərsiniz.
Hörmətlə,
Ambruaz Düpon
Fransa-Qafqaz parlamentlərarası
dostluq qrupunun sədri