Amerika Birləşmiş Ştatlarının konqresmenlərindən

26 dekabr 2013, 15:45

Amerika Birləşmiş Ştatlarından bir qrup konqresmen – xanım Şeyla Cekson Li, Lyuk Messer, Ted Po, Robert Aderholt, Ceyms Moran, Pit P.Qalleqo, Mişel Lujan Qrişam, Ruben Hinojosa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbrik məktubu göndərmişlər.

Məktubda deyilir: “Hörmətli cənab Prezident. Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq. Sizin ABŞ ilə Azərbaycan arasındakı strateji tərəfdaşlığın inkişafına verdiyiniz töhfələri çox yüksək qiymətləndiririk. Ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələri mövcuddur və dostluğumuz Sizin prezidentliyiniz dövründə daha da güclənmişdir. Azərbaycan Sizin rəhbərliyinizlə regionda sabitliyə, enerji təhlükəsizliyinə mühüm töhfələr verir, iqtisadi inkişaf və demokratik cəmiyyət quruculuğu yolu ilə inamla irəliləyir.

Əminik ki, bundan sonra da ABŞ ilə Azərbaycan Respublikası arasında əlaqələri genişləndirmək üçün Sizinlə birgə işləyəcəyik.

Bir daha doğum gününüzü təbrik edir və ən xoş arzularımızı çatdırırıq.”

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55