Malta Respublikasının Baş naziri Cozef Muskatdan

25 dekabr 2013, 17:45

Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə təbriklərimi çatdırmaq istərdim.

Əminəm ki, ölkələrimiz arasındakı əlaqələri həm ikitərəfli, həm regional, həm də çoxtərəfli zəmində, xüsusilə Avropa İttifaqı daxilində gücləndirmək səylərimizi bundan sonra da davam etdirəcəyik.

Cənab Prezident, Sizi əmin edirəm ki, Malta “Şərq tərəfdaşlığı” Proqramı və Avropa Qonşuluq siyasəti çərçivəsində Azərbaycanın inkişafını dəstəkləməyə hazırdır.

Ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi arzusu ilə Zati-alinizə ən dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

Cozef Muskat

Malta Respublikasının Baş naziri 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55