Moldova Respublikasının ombudsmanı Aureliya Qriqoriudan

25 dekabr 2013, 12:15

Zati-aliləri,

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Siz uzaqgörən dövlət xadimi və xalqınızın həqiqi vətənpərvər oğlusunuz. Sizin ömür yolunuz dərin hörmətə layiqdir.

Bu gün Azərbaycan xalqının sülh və həmrəylik şəraitində yaşamaq, öz taleyini müəyyən etmək, mənəvi və mədəni identikliyini qoruyub saxlamaq istəyi Sizin şəxsi səyləriniz və vaxtında qəbul etdiyiniz müdrik qərarlar sayəsində gerçəkləşir.

Sevindirici haldır ki, Azərbaycan insan hüquqlarının inkişaf etdirilməsi və onlara riayət olunması, tolerantlıq ideallarının möhkəmlənməsi və ayrı-seçkiliyə yol verilməməsi məsələlərinə müstəsna dərəcədə diqqət yetirir.

Sizin fəal, hərtərəfli düşünülmüş və ardıcıl siyasətiniz sayəsində Azərbaycan dünya arenasında müasir və güclü dövlət kimi getdikcə öz yerini daha inamla möhkəmləndirir.

Siz atanız – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən başlanmış işi inamla davam etdirərək beynəlxalq əlaqələri möhkəmlətməyə və genişləndirməyə, çoxsaylı mütərəqqi layihələri həyata keçirməyə, ölkə üçün son dərəcə mühüm qərarlar qəbul etməyə nail olmusunuz.

Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə bu respublika xaricdən investisiyalar alan ölkədən özü inamla sərmayələr qoyan dövlətə çevrilmişdir. Qarşıda hələ görüləsi işlər çoxdur və əminəm ki, Siz onların hamısını reallığa çevirəcəksiniz.

Cənab Prezident, bu əlamətdar gündə səmimi təbriklərimi, əmin-amanlıq, möhkəm cansağlığı və ailə xoşbəxtliyi diləklərimi qəbul edin.

Sizə və Azərbaycan Respublikasının bütün xalqına dərin hörmətlə,

Aureliya Qriqoriu
Moldova Respublikasının ombudsmanı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55