Monakonun Knyazı II Albertdən

25 dekabr 2013, 11:15

Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, qarşıdan gələn yeni ilin də ölkəniz üçün uğurlu olmasını diləyirəm.

Zati-aliləri, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

II Albert
Monakonun Knyazı