Rusiya Federasiyası Şimali Osetiya – Alaniya Respublikasının rəhbəri Taymuraz Mamsurovdan

25 dekabr 2013, 12:00

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizinlə - Şimali Osetiyanın qədim tarixi əlaqələr və səmərəli əməkdaşlıq telləri ilə bağlı olan Azərbaycanın Prezidenti ilə dost olduğumuza görə qürur duyuruq. 2015-ci ildə Azərbaycan ilk Avropa oyunları keçiriləcəyi yer olacaqdır. Şimali Osetiyadan olan idmançıların çoxu Azərbaycan bayrağı altında qürurla çıxış edir və edəcəkdir. Əminəm ki, buna görə bizim dostluğumuz daha da möhkəmlənəcəkdir. Sizə - dost dövlətin başçısına və Milli Olimpiya Komitəsinin prezidentinə möhkəm cansağlığı, ailə xoşbəxtliyi və bütün işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Taymuraz Mamsurov

Rusiya Federasiyası Şimali Osetiya – Alaniya
Respublikasının rəhbəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55