Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidovdan

24 dekabr 2013, 15:00

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Qardaş Azərbaycan Respublikası Sizin lider istedadınız, məqsədyönlü və yorulmaz fəaliyyətiniz sayəsində dövlət quruculuğunda, siyasi və iqtisadi inkişafda, beynəlxalq aləmdə ölkənin nüfuzunun möhkəmlənməsində və xalqın maddi rifahının yüksəlməsində sanballı uğurlar qazanmışdır.

Siz öz ölkənizə sadiq, ona ürəkdən xidmət edən, onun çiçəklənməsinə nail olan bir lider kimi həm çoxmillətli Azərbaycanda, həm də onun hüdudlarından kənarda haqlı olaraq nüfuz qazanmısınız.

Xalqlarımız arasında ənənəvi mehriban qonşuluq münasibətlərinə Sizin diqqət və qayğınızı biz xüsusilə yüksək qiymətləndiririk. Əminəm ki, Sizin ali dövləti vəzifədə fəaliyyətiniz bundan sonra da həmin münasibətlərin möhkəmlənməsinə və dərinləşməsinə kömək edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, Azərbaycan Respublikasının inkişafı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar diləyirəm.

Hörmətlə,

Xızrı Şıxsəidov

Rusiya Federasiyası Dağıstan Respublikası
Xalq Məclisinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55