ABŞ-ın Arkanzas Ştatının Dövlət katibi Mark Martindən

24 dekabr 2013, 12:45

Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizi təbrik edir, ən xoş arzularımı çatdırıram. Sizin Birləşmiş Ştatlar ilə Azərbaycan Respublikası arasındakı strateji tərəfdaşlığa sədaqətiniz və verdiyiniz şəxsi töhfə yüksək təqdirə layiqdir. Xalqlarımız sınaqdan çıxmış müttəfiqlərdir və Sizin rəhbərliyiniz altında dostluğumuz daha da möhkəmlənmişdir.

Prezidentliyinizin yeni dövründə ABŞ-Azərbaycan əlaqələrinin daha da gücləndirilməsi və dərinləşdirilməsi istiqamətində birgə çalışacağımıza ümid edirəm.

Hörmətlə,

Mark Martin
ABŞ-ın Arkanzas Ştatının Dövlət katibi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55