ABŞ senatoru Mayk Krapodan

24 dekabr 2013, 12:17

Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində Sizin böyük xidmətləriniz vardır. Biz bunu yüksək qiymətləndiririk. Xalqlarımızın və ölkələrimizin dostluq münasibətləri Sizin prezidentliyiniz dövründə daha da güclənmişdir. Əminik ki, qarşıdakı illərdə də ABŞ ilə Azərbaycan arasında əlaqələri dərinləşdirmək üçün Sizinlə birgə işləyəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və daha böyük uğurlar diləyirəm.

Hörmətlə,

Mayk Krapo
ABŞ senatoru

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55