Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovdan

23 dekabr 2013, 14:35

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycanın ictimai-siyasi həyatının bütün sahələrində genişmiqyaslı dəyişikliklər, ölkənin iqtisadi inkişafında sanballı uğurlar, dövlət müstəqilliyinin və beynəlxalq aləmdə nüfuzunun ardıcıl surətdə möhkəmlənməsi Sizin rəhbərliyinizlə həyata keçirilən uğurlu daxili və xarici siyasətlə ayrılmaz şəkildə bağlıdır.

Əminəm ki, strateji tərəfdaşlıq prinsiplərinə, çoxəsrlik möhkəm dostluq tellərinə, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan Özbəkistan-Azərbaycan münasibətləri bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahı naminə durmadan inkişaf edəcək, yeni məzmunla zənginləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, ailənizə firavanlıq, qardaş Azərbaycan xalqına sülh və rifah arzulayıram.

Hörmətlə,

İslam Kərimov
Özbəkistan Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55