ABŞ-ın İllinoys ştatı Nümayəndələr Palatasının sədri Maykl Jozef Madiqandan ABŞ konqresmeni Todd Rakitadan

23 dekabr 2013, 15:30

Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığa Sizin sədaqətiniz və şəxsi töhfəniz çox yüksək qiymətləndirilir.

Ölkələrimiz müttəfiqdir və bizim dostluğumuz Sizin rəhbərliyiniz altında daha da güclənmişdir.

Əminəm ki, Prezidentliyinizin yeni dövründə ABŞ ilə Azərbaycan arasındakı mühüm əlaqələri daha da genişləndirmək üçün Sizinlə birgə işləməyə davam edəcəyik.

Dərin hörmətlə,

Maykl Jozef Madiqan
ABŞ-ın İllinoys ştatı Nümayəndələr Palatasının sədri

Todd Rakita
ABŞ konqresmeni

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55