Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan

23 dekabr 2013, 14:40

Hörmətli İlham Heydər oğlu,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikasının inamlı sosial–iqtisadi inkişafı, ölkənin dünyada sanballı nailiyyətləri Sizin adınızla sıx bağlıdır. Azərbaycan xalqı bu il keçirilən prezident seçkilərində Sizin yeritdiyiniz daxili və xarici siyasətə yüksək etimad bəslədiyini təsdiq etmişdir.

Belarus və Azərbaycanın strateji tərəfdaşlığı ilbəil möhkəmlənir, perspektivli birgə layihələrlə zənginləşir. Belarus Respublikası ilə münasibətlərin inkişafına Sizin şəxsi diqqətiniz qarşılıqlı faydalı əməkdaşlığın qurulmasında mühüm rol oynayır.

Əminəm ki, ölkələrimizin dostluğa və etimada əsaslanan qarşılıqlı fəaliyyəti bundan sonra da fəal inkişaf edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifənizdə uğurlar arzulayıram.

Hörmətlə,

Aleksandr Lukaşenko
Belarus Respublikasının Prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55