İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin görüşü olmuşdur

16 dekabr 2013, 13:00
İlham Əliyevin və Monteneqro Prezidenti Filip Vuyanoviçin görüşü olmuşdur

Prezident İlham Əliyevin və Monteneqronun Prezidenti Filip Vuyanoviçin görüşü olmuşdur.

Monteneqronun Prezidenti Filip Vuyanoviç yenidən Prezident seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi.

Dövlətimizin başçısı öz növbəsində Filip Vuyanoviçi yenidən Prezident seçilməsi münasibətilə təbrik etdi.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirildi, həyata keçirilən birgə layihələrin əhəmiyyəti qeyd olundu. Həmçinin görüşdə dekabrın 17-də Bakıda “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanmasına həsr olunan tədbirin önəmi vurğulandı, bu layihənin ölkələrimiz və region üçün böyük əhəmiyyət daşıdığı qeyd olundu.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55