28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul olmuşdur

27 may 2010, 19:40
28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul olmuşdur

“Buta” sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilmişdir. Prezident İlham Əliyev rəsmi qəbulda iştirak etmişdir.

Salona toplaşanlar Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı hərarətlə qarşıladılar.

Azərbaycanın dövlət himni səsləndi.

Dövlət başçısı rəsmi qəbulda nitq söylədi.

Sonra 2010-cu il üçün Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarının təqdim edilməsi mərasimi olmuşdur.

Prezident İlham Əliyev elm sahəsi üzrə geologiya-mineralogiya elmləri doktoru Adil Əliyevə, geologiya-mineralogiya elmləri doktoru Elmira Əliyevaya, geologiya-mineralogiya elmləri doktoru Fərid Dadaşova, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əkpər Feyzullayevə, akademik İbrahim Quliyevə “Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neft-qazlılığı” elmi nəşrlər silsiləsinə görə Dövlət mükafatlarını təqdim etdi.

Mədəniyyət sahəsi üzrə Xalq Artisti Alim Qasımova ifaçılıq fəaliyyətinə görə Dövlət mükafatı təqdim olundu.

Dövlətimizin başçısı ədəbiyyat sahəsi üzrə akademik Bəkir Nəbiyevə, filologiya elmləri doktoru Məhərrəm Qasımlıya, AMEA-nın müxbir üzvü Teymur Kərimova, filologiya elmləri doktoru Vilayət Quliyevə, filologiya elmləri üzrə fəlsəfə doktoru Nikpur Cabbarlıya, filologiya elmləri doktoru Nizaməddin Şəmsizadəyə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabına görə Dövlət mükafatlarını təqdim etdi.

Dövlət mükafatı laureatları Adil Əliyev, Alim Qasımov və Bəkir Nəbiyev təltif olunanlar adından Azərbaycan elminə, mədəniyyətinə, ədəbiyyatına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq etdilər.

Rəsmi qəbul incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatmışdır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 23 may 2025
14:20
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli 190-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 1 may tarixli...

23 may 2025, 14:20